·162 syf.····Okunma: 31 Ağustos 2022 14:18 Kadın krallığını oxuyub bitirə bildim . Sonunda ay sonuna çatdırdım .
Öncədən deyə bilərəm ki , belə fərqli bir müatilə etməmişdim .
Bu kitab mənim üçün həqiqətən bilmədiyim bir cəmiyyət haqqında çoxlu fikir sahibi olmama kömək etti . Hələ matriarxat cəmiyyətlər olduğunu sözün açığı bilmirdim amma , bu kitab ilə tanış olandan sonra artıq daha çox məlumat almaq araşdırmaq ehtiyacı yarandı məndə.
Kitab haqqında açıqlama vermirəm mən adətən çünki kitabın öz açıqlamasında bildirir.
Və mən çox zaman özümün kitabdan nə anladığımı mənə nə qatığını anlatmağa çalışıram .
Həqiqətən Mosuolar fərqli bir yaşayış tərzi olduğuna şahid oldum .
Oxumadan öncə daha fərqli bir Qadın krallığı təsəvvür edirdim , amma oxuduqdan sonra Mosuolarda tam fərqli olduğunu anladım .
Bu cəmiyyətdə evlilik deyilən bir şey yoxdur .
Bir çox üstünlüklər qadınlardadır . Uşaqlar dünyaya gələndə onları nənələri baxır. Qadınlar isə çox zaman istədikləri biri ilə vaxtlarını keçirə bilirlər . Və burada ata anlayışı da yoxdur .
Bu kimi bizdən çox şəkildə fərqlənirlər yaşam tərzləri cəhətdən.
Sevdiyim xüsusiyyətləri isə , əsla şiddətə tərəfdar deyillər , bağıraraq agresivləşərək öz işlərini həll etmirlər bunu yolverilməz olaraq qəbul edirlər .
Həqiqətən məsələ bu qədər ciddiləşərsə qəbilə böyükləri məsələni həll edir .
Ən sevdiyim xüsusiyyətləri bu oldu deyə bilərəm .
Kitabı oxuduğum üçün peşiman deyiləm amma çox bəyənmədim sadəcə məlumat xarakterli oxumuş oldum .
Çünki oxuyanda həqiqətən özümü ora aid hiss edə bilmədim .
Ən maraqlısı da o oldu mən cəhətdən deyə bilərəm .
Yenədə oxuyacaq olanlara xoş mütaliələr ...