Spoiler var:)
1/10
·250 syf.··
2022 5. kitabı
Əvvəlcə onu qeyd edim ki, oxuduğum kitablar barədə nadir hallarda incələmə yazıram. Bu kitabın isə tərifini son günlərdə çox eşidirdim və demək olar ki, hər gün sosial mediada reklamları ilə qarşılaşırdım. Xəzər Süleymanlını bir qitaətçi kimi, Aqşin Evrəni isə şair kimi tanıyırdım çox öncədən. Və yaradıcılıqları ilə müəyyən qədər tanış idim. Ona görə bütün bu təriflərin və reklamların fonunda, bu iki sənətkarın ortaq ərsəyə gətirdiyi romandan da gözləntilərim çox idi. Amma nə düşündüyüm qədər dərin, nə öyrədici roman deyildi. Romanı oxunaqlı edən tək nüans, davamlı olaraq bir-birini təqib edən “sirr silsiləsi” idi. Yəni oxuyursan, 50 səhifə sonra baxırsan ki, yox əslində o onun oğlu deyilmiş, bu bunun əmisi yox atası imiş və sairə və ilaxır:) İçində o qədər sosial media gündəmində dolu olan mövzular var idi ki, yəni bunu bir də kitabdan oxumağa gərək yox idi, məncə. Məs; telefonlar, internet, insanların bir-birindən uzaqlaşması, əvvəlki kimi get-gəlin olmaması, nəbilim belə mövzular, hətta poz-qazan lotoreyası:) Sırf kitab olsun, səhifə dolsun deyə yazılmış təsiri bağışlayırdı bu hissələri. Hə bir də iki şəxsin “vatsap” mesajlaşma mətnləri. Mətn deyirəm çünki, o cümlələri, nəinki mesajla yazmaq, heç normalda üz-üzə söhbət edərkən qurmaq da mümkün deyil. Müzakirə edilən şey öz taleləri olsa nəysə də, əlaqəsiz bir mövzuda 83 kəlimləlik mətni kim mesajla yazar axııı)) Okay, başa düşürəm, yazıçı əsərdəki surətin dilindən öz fikirlərini ötürməyə çalışır, amma bunu daha real yollarla edə bilərdi. Oxuyanlar məni anlayacaq(səhifə 220-221) Əlavə olaraq romanın süjet xəttində ciddi səhvliklər var idi. Hələ baş qəhrəman(Mehran) özü haqda reallıqları danışmamış, yeni tanış olduğu qız(Nərmin) ona “Yenidən doğuluş” adlı kitab hədiyyə edir və bu cümləni qurur: “Bu kitabda səninlə bənzər taleyi yaşayan insanların həyat hekayələri yer alıb”. Axı Nərmin hələ Mehranın keçmişi və yenidən doğulması barədə heçnə bilmirdi:) Kitabda bəyəndiyim nüanslardan biri öz şeirlərimizlə birgə, türk şairlərin şeirlərindən misraların da verilməsi idi. Hələ bir də xəritə söhbəti var. Əsərdəki əsas sirr və maraq oyandıran nüans budu. Yazıçı(lar) bundan ustalıqla istifadə edib, əsərin sonuna kimi biz də Mehranla bərabər xəritə axtarırıq. Amma təbii ki, bunun da altı boş çıxır. Və o qədər axtarışdan sonra tək açıqlama, Mehranın “xəritə elə mən özüməm” deməyi olur. (çox əsəbləşmişdim) Və sonu, romanın final hissəsi çox dəxlisiz sonluqla bitir. Həftələrlə(ya da günlərlə) polisin, Xüsusi Şöbənin tapa bilmədiyi, Mehranın dəfələrlə zəng etdiyi, yazdığı(hər vasitədən) amma cavab ala bilmədiyi, hamının öldü sandığı Nərmin əslində, əsərdə bir çox hadisələrin cərəyan etdiyi mağazada işə başlayıbmış. Əsər mənə nəsə qatdı mı, yeni şeylər öyrəndim mi?- Yox. Gözləntilərimin çox altında bi roman idi. Bu qədər.
Düşünce
Ayrılıqların TəkrarıXəzər Süleymanlı · Mücrü Neşriyyatı · 2021100 okunma
·
545 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Salam kitab sizde qalib? Hec cure tapammiram onu
Türkanə Zeynalova
Gönderi Sahibi
Salam, bəli qalır, amma belə oxumasanız da nəsə itirməzsiniz)