Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

472 syf.
·
Puan vermedi
·
29 günde okudu
Çoxdandı bu programda var olmağıma baxmayaraq burada paylaşdığım ilk inceleme olacaq. Ve təsadüfə bax ki, ən sevdiyim yazıçıdan olacaq bu :3 "Qəzəb salxımları"nı bitirdim. "Siçanlar və insanlar" əsəri kimi, bu romanın da məndə dərin iz qoyduğundan və uzun illər təsirində saxlayacağından əminəm. Kitabı satmağa çalışmıram ))))) Həddindən artıq ədəbi və təmiz cümlələr qurmağa çalışmağımın (nə dərəcədə nail oluram, bilmirəm) səbəbi fikrimi düzgün çatdırmaqdır (nə dərəcədə nail olacam, bunu da bilmirəm). Əsər adam öldürmək üstünde həbsə düşən ve icazə kağızı ilə azad olunan Tom Coud'un qarşıladığı mənzərə ilə başlayır. Torpaq mülkiyyətləri hökümət tərəfindən əllərindən alınan Oklahomo sakinləri, o cümlədən Coudlar ailəsi Koliforniyaya köç edir. Burada ortaq acıların, dərdlərin insanları bir araya gətirdiyinin şahidi oluruq. Bir cümlə var idi, deyir: əgər sən yıxılmısansa (maddi mənada), çörək almağa belə pulun yoxdursa, sənə kömək edən yenə yoxsullar olacaq. Hə bir də oxuduqca bunu düşünürdüm daim: Dostoyevski insan psixologiyasını, Stefan Zweig qadın psixologiyasını, Jack London yaşama eşqini tərənnüm edirdisə öz əsərlərində, John Steinbeck aşağı təbəqə insanların arzularının, dirənişlərinin və ümidlərinin möhtəşəm təsvirçisidir. SPOİLER OLA BİLƏR, İSTƏMƏYƏN OXUMASIN Yazıçının biografiyasını gözdən keçirərkən John Steinbeck'in əslində çox əsəbi bir insan olduğunu, əsas qəzəbinin isə dövlət sisteminə qarşı olduğunu oxumuşdum. Əsəri oxuyarkən isə onun bu qəzəbinin Qəzəb salxımlarında da obrazların timsalında özünü göstərdiyini anladım. Onlar qəzəbli idilər, amma  əllərindən heç nə gəlmirdi. Sadəcə və sadəcə ümid edirdilər: daha yaxşı yer tapacaqlar, daha yaxşı pul qazanacaqlar. Onlarla birlikdə mən də ümid edirdim. Hətta elə an olmuşdu ki, hər kəsin razı qaldığı bir düşərgədə özlərinə yer etdikləri halda, mən içimde bir qorxu ilə, 'bunun da sonu yaxşı olmayacaq' şübhəsi ilə davam edirdim oxumağa. Hər bir obraz özlüyündə o qədər gözəl, səliqəli işlənib ki, bəzi obrazlarla yollarımız tez ayrıldı məsələn, üzüldüm. Con əminin keçmişdən qalan xatirələrdə hələ də özünü günahkar hiss etməsi. Daim içməsi, içməsi.. öz günahını özünə bağışlamaq üçün uşaqlara yardım etməsi içimə işləmişdi.. El'in vurdum duymazlığı, fürsət tapan kimi qızlarla tanış olub vaxt keçirməsi, buna rəğmən Ananın: mən oğlumu tanıyıram, o güvənilir biridi deməsi.. Tomun həbsxana həyatını unutmağa çalışması, amma peşmançılığını yaşamağa davam etməi. Bunlardan əlavə, ata, baba, nənə, Noy, Ruf və Uinfild (uşaqlar) obrazları, Konninin əclaflığı, hamilə olan arvadı Rozanın bu çətin vaxtlarında tək qoyması.. bu arada Roza Saronanın başlarda hər an ağlayacaqmış kimi davranması, gücsüz görünməsi məni qıcıqlandırırdı, amma sonra onun kövrekliyine görə acıyırdım  ve Keysi.. Keysinin fədakarlığı. Cəsurluğu. Keysinin əslində hər bir insanın içindəki insan olması.. Və, və, və.. mənim ən sevdiyim, ana obrazı.. necə güclü bir qadındır. Ümidini itirməyən, ailesini bir arada tutmağa çalışan (bəzən bacarmasa da), ailenin əsl dayağı olan tək ailə üzvü.. digərləri pes etsə də, onun domkratı əlinə alıb (bu hissədə gülmüşdüm) əslində "hakimiyyət"i əlinə alması qadının bir ailədəki önəmli yerini, gücünü göstərir. Qadınların kişilərdən daha dəyanətli, daha güclü olduğunun sübutudur ana obrazı. Tom Coud ile olan dialoqu məni inanılmaz təsirləndirdi. Başlarda çox xoşbəxt yaşayan ailə köç zamanı bir ağacın yarpaq tökməsi kimi azaldılar. El ile Tom , Ruf və Uinfild arasında, Con əmi ilə ata obrazı, həmçinin nənə və baba arasındakı dialoqlar əsər boyu oxucunu güldürür. Con əminin bəzi sözləri, Keysi ilə Tom arasındakı dialoqlar düşündürür, Ana ile Tom arasındakı dialoqlar isə hüzünləndirirdi. Kitabı bitirəndən sonra yaranan sual: Tom Coud'un başına nə gəldi? Coudlar ailesinin növbəti dayanacağı hara oldu? Ve kitabı bitirəndən sonra yaranan arzu: kaş ki Coudlar ailəsi təkrar biraraya gəlsə. Her kes bir araya..
Qəzəb Salxımları
Qəzəb SalxımlarıJohn Steinbeck · Qanun Nəşriyyatı · 201735,3bin okunma
·
229 görüntüleme
Kazanfarlı Turana okurunun profil resmi
Salam hər vaxtınız xeyir olsun. İlk öncə onu deyə bilərəm ki, necə açıq şəkildə fikrinizi yazmısınız, çox xoşuma gəldi. Mən də bu kitabı oxumağa başlamışam
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.