Gönderi

Mənim kitabım
10/10
·384 syf.··
Beğendi
·
2022 14. kitabı
·
6 günde okudu
·
Okunma: 03 Eylül 2022 13:05
Bu kitabı oxumaq üçün birisindən götürmüşdüm, qaytaracağam. Amma ilk bu andan sonra çölə çıxanda gedib bu kitabın eynisini,amma mənim olanını alacağam. Xüsusi sujet xətti mi var? Deməzdim mükəmməl əsərdir və ya dünya bestselleri ilə müqayisə oluna bilər,amma çox fərqli,özünə məxsus sujeti var,şablon trajidramatik hekayələrdən fərqlidir,ən əsası da ruhuma ən yaxın yer tutan kitab oldu, fəlsəfik və ya toxunaqlı alıntıları yox idi,dediyim kimi ,bəlkə də,digərləri üçün sıradan olan bir roman ola bilər, amma başlanğıcı ilə də ,sonu ilə də mənə çox toxunan,ağladan sıradanlığı ilə mənim üçün sıradan olmayan yer tutdu və mənim kitabım oldu:hiss edərək,anlayaraq, yaşayaraq və vurularaq oxuduğum.
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 01,210 okunma
·
113 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.