·288 syf.··Beğendi
···Okunma: 04 Eylül 2022 10:01 İlber müəllimlə tanışlığımız bu kitabla başladı. Gələcəyim, getdiyim yol, qarşıma qoyduğum hədəflərlə bağlı ziddiyyətlər yaşadığım, vizyonumun bulanıqlaşdığı bir gündə kitab rəfimdə gözümə sataşdı və beləcə birlikdə gözəl bir səyahətə çıxdıq.
Kitab haqda onu deyim ki, tam bir həyat dərsi dadını verdi. Universitetdə sadəcə leksiya oxumayıb, həmçinin həyat reallıqlarından da bəhs edib, bizə həyat dərsi keçən müəllimlərimə bənzətdim. Kitabın açar sözü isə: MARAQ və BACARIQ idi.
Sanki həyatı içindən, dolu-dolu yaşamaq üçün insana marağın lazım olduğunu və bacarıqlarından düzgün istifadə etməyi öyrənməli olduğumuzun zəruriliyini fısıldayırdı. Kitabda oxuyub bəyəndiyim çox cümlə, çox mətn, rəhbərim ola biləcək çox hissə var. Aralarından biri var ki, unutmamaq üçün özümə daim xatırladacam!
“Bir yeteneğin varsa onu kullanabilmelisin. Dahası onu kullanabileceğin yeri görmelisin. Ve mutlaka ölçülü bir hayat yaşa. Tüketmeyen, kirletmeyen bir hayat… Her esen rüzgarda savrulmayacağın, düzenli bir hayat… Neyi öğrenebileceğine, neyi yapacağına kendinin karar verebileceğin bir hayat…”