Puan vermedi·211 syf.····Okunma: 06 Eylül 2022 14:14 İlk olaraq bildirmək istərdim ki, əsərin qəhrəmanının adı (Qar) çox xoşuma gəlsə də, hekayənin irəliləyişi zamanı oxunuşda narahat etməyə başladı. Az qala hər dəfə cümləni yenidən oxuyub anlamağa çalışırdım. Məsələn, Qara-yönlük hal şəkilçisi qəbul etmiş Qar adı, Qarı-təsirlik hal şəkilçisi qəbul etmiş Qar adı.
Qarın atası çox savadlı və hörmətli biri olduğu üçün hansısa rüşvətxor məmur onu yerindən etmək üçün plan cızır. (davam edir)
KƏNARA ÇIXMA: Onu deyim ki, bəzi hissələr qeyri-səmimi gəldi; professorun öz tələbələrinin gələcəyi üçün narahat olmağı məsələn. Qeyri-real və dediyim kimi qeyri-səmimi gəlir, heç düşünə bilmirəm ki, insanlar məişət qayğılarından kənar, öz işləri ilə məşğul olan zaman başqalarının gələcəyi üçün narahatlıq keçirsinlər. Bir neçə cümlə idi ama bəli, narahat edən hissə idi.
"Ən çox da artıq təhsilini başa vurub getmək üzrə olan sevdiyi tələbələri haqqında düçünmıyi xoşlayırdı. Onların taleyi necə olacaq, layiq olduqları yerə çata biləcəklərmi, düzənlərini quracaqlarmı, bu, professoru sakitcə narahat edirdi". (səh. 15)
(davamı) Beləliklə, əsərdə Maqbel müəllimi (əsərin baş qəhrəmanı Qarın atası) yolda çıxardan qızın adı çox uydurma gəldi: Elya. Necə də fahişəlik və alçaqlıq edə biləcək birinin adıdır. Sanki qızın pis qız olmağını istədikləri üçün valideynləri qızlarının adını Elya qoyub.
Hekayənin irəliləyişində Qarın atası qarayaxmadan dözmür və vəfat edir. Ardınca da elə həmin səhnədə anası. Nə deyim, ölümləri güldürdü, daha çox işləmək olardı qızı yetim qoymağa bu qədər həvəs var idisə.
"Ailə axşamlarının birində atası Qarla zarafatlaşdığı yerdəcə yıxılıb hərəkətsiz qaldı. Ana öncə kişinin həmişəki kimi yenə zarafatla öldüyünü düşündü. Çünki Mqabet arada Qarla belə oyunlar oynayırdı. Nəfəsini dərmədən yerdə uzanırdı. Qar onu qıdıqlayıb səsi çıxana qədər güldürürdü. Bu dəfə də ana kişini bir xeyli gülə-gülə dümsüklədi. Doğrudan öldüyünü başa düşəndə sarsıntıdan ananln ürəyi partladı. Bir göz qırpımında ırinin yanına yıxılıb həmişəlik susdu". (səh. 20)
Əsərin gedişatında qəhrəmanımızın il yazısı nəşriyyata/mediyaya bir emaillə yollanılır və ilk dəfədə də yayım üçün təsdiq alır (səh. 52). Mən daha çox çalışmağını istəyərdim, heç olmasa tənbəllik etməyib evindən çıxsaymış. Martin İden yadıma düşdü bir anlıq. Zavallı Martin...
Qıcıqlandıran digər nüans Qarın yeganə rəfiqəsi Nurun evinə təşrif gətirərkən, evinin çox pis iyləndiyi çünki evdə pişik saxladığı bəhanəsi idi. Heyvan murdar olmur, onu saxlayan insan pinti olur. Yəni tək qalsaydı da, bu insan pintidi, evindən çox şeyin iyi gələ bilərdi.
Nur haqqında bir cümlədə israf etmək istərdim. Əsərdə çox zəhmətkeş, işi başından aşan, balaca dükanı olan biri kimi göstərilir. Amma günün ortasında Qarla gəzməklərə necə çıxır? Çıxırsa ailəsini necə dolandırmağa, hətta maşın almağa necə pul tapa bilir? Qarımızı taksiyə mindirməmək üçün olan oyun.
Texniki olaraq Türkçə sözlər gözümə çox batmağından əlavə çoxluğu və bəzilərinin tamamilə Azərbaycan ləhcəsi ilə yazılmağı oxunuşa narahatlıq verirdi. (P.S sayları çoxluq təşkil edirdi deyə. Yoxsa bəzilərinin Azərbaycan türkçəsində olduğunu mən də bilirəm. Sinonimlər ilə əvəz etmək olardı)
Məsələn, önəri (səh. 15, 17), çözür (səh. 18), ortam (səh. 23), sayğızılıq (səh. 24), fərqinə varmaq (səh. 24), bu üzdən (səh. 24), durum (səh. 25), alınmaq (səh. 30), ilginc (səh. 38), görəv (səh. 54), çalışmaq (səh. 54), sorumluluq (səh. 170).
Bu kobud yazılışlar bəzən cümlənin özünə sirayət edirdi. Məsələn:
"Bu qarışıqlığa bir düzüm vermək, simmetriya yaratmaq gərək idi" (səh. 25), "Ər öz duyğularına sayğıyla yanaşsa onlarla uğraşmazdı" (səh. 51).
(davamı var)