Gönderi

408 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 11 days
Kitaba arxa cəbhədən baxış
Salam 1k oxuyucuları! İlk dəfədir ki, bir incələmənin məsuliyyəti var çiyinlərimdə. 44 günlük Vətən müharibəsini özündə qismən də olsa əks etdirən bir kitaba qazi bacısı olarak incələmə yazmaq o qədər də asan deyil. Əvvəlcə o günlərə bir nəzər yetirmək istəyirəm. 27 Sentyabr, zəfərə gedən yolun ilk addımı atıldığının elan olunduğu günə gözümü açmışdım. Əsgər qardaşımın timsalında neçə-neçə vətən oğullarının təlaşı ilə, 30 illik səbrin nəticəsini görmək ümidi ilə, bir sözlə bütün duyğularımın qarmaqarışıqlığı içində yeni bir günü başlamışdıq yaşamağa. Karantin günlərində, hər kəsin sms icazəsiylə evdən çıxdığı o günlərdə bir də düşmənə məlumat ötürülməməsi, təxribatların qarşısının alınması üçün ölkədə "fövqəladə vəziyyət" elan olunmuşdu. Anbaan xəbərləri izləyir, zəfər xəbərini gözləyirdik. Bütün Azərbaycanın diqqəti Qarabağda, ürəyi səngərdə döyünürdü. Gələn şəhid xəbərləri bircə şəhid anasının, bacısının deyil, bütün Azərbaycan analarının, qızlarının gözlərində yaş, başına tac idi. Bir gözü ağlar, bir gözü gülər atalardan danışmıram hələ. Bayrağa sarılmış tabutların başında "Vətən sağ olsun" deyən şəhid valideynləri torpaq uğrunda canından keçən övladını cənnətə yola salırdı. Və bir-birinin ardınca gələn zəfər xəbərləri bütün ölkədə sevinclə qarşılanırdı. Mən 44 günlük müharibə dövründə bircə dəfə belə olsa nə atamdan, nə də anamdan ruh düşkünlüyü görmədim. Düşmənlə üz-üzə, döyüşün ən qaynar nöqtəsində, ən vacib əməliyatların getdiyi bir pozisiyada mövqe tutan qardaşımın və bütün Vətən oğullarının zəfərinə o qədər böyük inam vardı ki, yalnız qələbə ruhunda idik. Gələn hər şəhid xəbəriylə anam öz balasıymış kimi kövrəlirdi. "Onlar da mənim oğlumdur" deyirdi. Və o an. "ŞUŞA BİZİMDİR!!!" xəbəri Ali Baş Komandan İlham Əliyev cənabları tərəfindən səsləndirildiyi o an, gözlərimdən sellər sular kimi axan sevinc göz yaşlarına hakim olabilmirdim. Əlbəttə gələn hər zəfər xəbərində bu hissi keçirdirdim. Ancaq Şuşada gedən əlbəyaxa döyüşləri Azərbaycan əsgərinin imkansızı mümkün edəbilmə qabiliyətini bütün dünyaya elan etdiyi an idi. Və ardından gələn "Zəfər" xəbəri bütün Azərbaycanın sevinc coşqusu ilə qarşılanmışdı. Bu uğurda neçə oğullar şəhid oldu, neçə-neçə qazilərimiz əlindən, ayağından, gözündən torpağa fəda etdi. Bir evdən ata öz iki oğluyla, bir evin əkiz oğulları, iki körpənin anası olan qadın şəhidimiz Arəstə Baxışovamız və yenicə qovuşduğu həyat yoldaşının çiynində son mənzilə gedən şəhidlərimiz, saymaqla bitməyəcək ancaq bir ömür yaddaşlaramıza həkk olunacaq Vətən övladları, Azərbaycan sizinlə qürur duyur.
Khadim Al Hussain
Khadim Al Hussain
mən bu incələməni yazarkən sən Kərbala zəvvarısan. Səninlə və bütün Vətən övladlarıyla qürur duyuram. "Hərbi sirrdir", deyib bizə belə anlatmadığın döyüş günlərinin zəfər işığı vardı gözlərində evə qayıdarkən. Bu kitabı oxuyarkən, hər şəhiddə, hər döyüşdə sən vardın gözümün önündə. Əsgər bacısı olaraq bütün əsgərlərimizə sonsuz hörmətimlə bu incələməmi sizə həsr edirəm, Azərbaycan əsgərləri. Və 44 günlük haqq döyüşündə yanımızda istər mənən, istər canıyla, qanıyla bizə dəstək olan Türk əsgərinə də minnətdaram. Dilimiz bir, dinimiz bir. "Bir millət, iki dövlət" deyib ulu öndərimiz. Kitabın mövzusunu bir də 44 günlük həyəcanı yaşana Azərbaycan vətəndaşı olarak dəyərləndirmək istədim. Kitab haqqında qısaca; 44 günlük müharibəmizə təxribat törətmək üçün gələn 5 killerin Məxfi şöbə tərəfindən zərərsizləşdirmə əməliyatında baş verən hadisələr. Həm səngərdə, həm də arxa cəbhədə Ələmdar Məkikovun və əməliyatda mislisiz əməyi olan "Vaşaq"ı Gültən Dəmirlinin göstərdikləri şücaəti oxuyacaqsınız.
Ələkeçməz Yaquar
Ələkeçməz Yaquar
kitabından hamınıza tanış olan "Axilles" Ayxan Asayevin kitabdakı rolu isə hadisələri daha maraqlı hala gətirir. Uzun incələməmi səbirlə oxuyan hər kəsə təşəkkür edirəm. Oxumayanların da canı sağ olsun:)
Alternativ Əməliyyat
Alternativ ƏməliyyatElxan Elatlı · Teas Press · 0142 okunma
··1 quotes·
1 plus 1
·
2,507 views
Pervin Gasımova okurunun profil resmi
O günlərin ağrı-acısı heçvaxt keçməyəcək...
Kitabsever okurunun profil resmi
Bunu ən yaxşı bilənlərdən biri də sənsən Pərvin bilirəm. İncələməmdə sənin yorumunun olmağı mənim üçün önəmlidir. Sənin düşüncələrin mənə maraqlıdır
2 next answer
Nahid okurunun profil resmi
"Yaşamaq yanmaqdır yanasan gərək Həyatın mənası yalnız ondadır Şam əyər yanmırsa yaşamır demək Onun da həyatı yanmağındadır..." 44 günlük vətən müharibəsində və əbədi olaraq vətən eşqiylə döyünən ürəklər idi bizləri, səngərdə soyuqda, şaxtada, boranda, qarda gözünü qırpmadan keşik çəkən əskəri qoruyan o görünməz eşq, dua və saf niyyət. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa nəsib etsin... Çox duyğu dolu, hüzün və sevinci özündə bandıran bir paylaşım oldu, təşəkkürlər
Kitabsever
Kitabsever
🌿
Kitabsever okurunun profil resmi
Səndən yorum almaq da məni kövrəlti
Nahid
Nahid
Sizlər bizim fəxrimizsiniz Vətən oğulları. Təşəkkür edirəm 🌼🥺
Kitab qoxusu okurunun profil resmi
Hər cümlən ayrı duyğulandırdı məni. O günlərə getdim məndə. Xatırladıqca həm kədərləndim həm qürarlandım. Hər qarışında vətən oğlunun/qızının qanı olan bu torpaqlarda bizə "Zəfər" sevinci yaşadan, 30 illik həsrəti sona çatdıran bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə tezliklə şəfa diləyirik 🤲🌼 Rəbbim bütün əsgərləri qorusun inşallah 🤲❤️🌼 Qələminə, ürəyinə sağlıq canım çox gözəl yazmısan 😘❤️🌼
Kitabsever okurunun profil resmi
Canım o qədər məsuliyyətlidir ki, o günləri yazmaq. Mində birini belə yaza bildimsə nə xoş mənə🌼🥰Çoox təşəkkür edirəm💙
Qardasova Ulker okurunun profil resmi
Bir şəhid qızı olaraq fəxr hissi ilə oxudum. Yaşadığlarımızı yazmısan. Əminəm hər bir azərbaycanlı özünü oxudu burdan. əllərinə sağlıq. Allah qorusun qazi qardaşımlızı da.
Kitabsever okurunun profil resmi
Allah şəhidimizə rəhmət eləsin. 1-ci Qarabağ müharibəsi şəhididirmi ata? Çox sağ ol, canım mənim. 🌼
4 next answer
Ays okurunun profil resmi
🥺Əllərinizə sağlıq👏👏
Kitabsever okurunun profil resmi
Təşəkkür edirəm əzizim🌹🥺
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.