Gönderi

Depressiyada olanlarla necə davranmalı:
1. O adamın sizə ehtiyac duyduğunu, fikirlərinizi dəyərləndirdiyini bilirsiniz, hətta bu belə olmasa da, onun yanında olun. 2. Onu dinləyin. 3. Heç vaxt məsələnin dərinliyini öyrənmədən “özünü topla”, “üzün gülsün” deyə başdansovdu məsləhətlər verməyin. Unutmayın, ənənəvi, “köhnə” sevgi burada da işə yarayır. 4. Bilin ki, depressiya bir xəstəlikdir. Hətta əlamətlər onu birbaşa deməsə də, bunu diqqətdən qaçırmayın. 5. Özünüz özünüzü maarifləndirin. Hər şeydən üstün olan, rahatlıq verən nə varsa, ona cəhd edin. Əsas bir məqamı yaddan çıxarmayın: sizin üçün asan olan şeylər (məsələn, mağazaya getmək) depressiya keçirən adam üçün çox təhlükəlidir. Depressiyada olan adamın buna görə özünü günahlandırmasına imkan verməyin. Məsələn, xroniki yorğunluq, Qrip, artrid və s. onların günahından baş vermir. 7. Səbirli olun. Bilin ki, hər şey yaxşılığa doğru gedir. Depressiya bir yerdə dayanmır: azalır, artır, amma ömürlük deyil. Bir xoşbəxt və ya bədbəxt anı sağalmaq, yaxud pis. ləşmək əlaməti kimi qəbul etməyin. 8. Belə insanlarla tez-tez görüşün. Onlar üçün nə edə biləcə, yinizi soruşun. Lazım olanda təsəlli verməyi bacarın. 9. Onun hər hansı bir işi icra etməyi üçün məsələni yüngülləşdirməyə çalışın. 10. İmkan düşdükcə depressiv insanların özlərini olduğundan betər hiss etmələrinə mane olun. Üç gündür divandan qalxmır, pərdələri qapadıb oturub? Corab taylarını ayırmağı çətin tapşırıq hesab edir? Ağlayıb-sızlayır? Olsun. Bunu böyütməyə dəyməz. Heç də anormal hal deyil. Normallıq da subyektivdir. Sizə görə normal olan başqasına görə anormaldır. Planetimizdə normallığın 7 milyard forması var, yəni hər adama biri düşür.
Sayfa 120 - TEAS PRESSKitabı okudu
·
60 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.