Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

250 syf.
·
Puan vermedi
·
3 günde okudu
«Macəra dolu həqiqət axtarışı»
Düşüncələrimizi reallaşdırmaq əsas həyat planımız və arzumuzdur. Ancaq mümkün olması imkansız kimi görünən bəzi arzuları gerçəyə çevirmək mümkündür. Və bu çox az insana qismət olar. Bu insanlardan biri də Tur Heyerdaldır. Onun arzusu sal düzəldərək Cənubi Amerika sahillərindən Polineziya adasına üzmək olmuşdur. Okeanı bir sal üzerində keçməyin imkansız olduğunu vurğulayan çevrəsi onu fikrindən uzaq tutmağa çalışmışdır. Yalnız çevrə ilə kifayət etmir bu məncə, salı düzəltmək üçün xüsusi ağac növü lazım idi və bunu başa gətirmək üçün neçə mərhələdən keçməli olmuşdur. Məqsədləri uğrunda yola çıxan 6 yoldaş sal ilə 101 günlük dəniz macərasına çıxmağa başlayırlar. Əsər haqqında fikrim odur ki, hadisələr eyni tonda getdiyi üçün insanı sıxa bilir. Kulminasiya hissələri çox qısa epizodlarla baş tutur. Buna baxmayaraq, davam etdim və sonunu gülüşlə bitirdiyim bir əsər oldu. Bəlkə də bu kitabı oxumağıma səbəb, nə olursa olsun, öz mübarizəmdən qaçmamalı olduğumu, həyatın ağrı-acısının dənizin dalğaları tək qalxıb-enəcəyini göstərmək oldu. Çətin zamanlarımda bu düşüncələr mənə böyük motivasiya olur. Kitabda ink qəbiləsinə məxsus sal rəsmləri, daş abidələr haqqında məlumat verilir. Googlda ingiliscə “Peruvian sculptures”, “sculptures in the andes” axtarsanız onlara aid maraqlı və qeyri-adi daş heykəlləri görə bilərsiniz. Ən sevdiyim şeylər isə qəbilələrin bu qədər mehriban və əyləncəyə düşkün olmaları idi. Kitabın son hissələri çox gülünc idi :) Qəhrəmanımız Tur Heyerdal və 5 dostu ilə birgə başlatdığı bu səyahət uğurla nəticələnmiş və onlar “Kon-Tiki” Salı ilə 8000km məsafə keçərək Polineziya adasına çatmağı bacarmışdır. Bu kəşf ilə peru adasında yaşayan inklerin mövcud olduğunu və onların hər hansısa səbəbdən köç etdiklərini göstərmiş oldu.. Kitaba uyğun melodiya tövsiyəm; •Someone love us - Dario Marinelli •Philosophy of life -Sabr Alptekin ~Filmini də izləyəcəm, xoş mütailələr. :
Kon-Tiki səyahəti
Kon-Tiki səyahətiTur Heyerdal · Alatoran Yayınları · 03 okunma
·
137 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.