Gönderi

Şehitler Ölmez, Azerbaycan Yenilmez
Can Azerbaycan 🇹🇷🇦🇿 Çırpınırdın, Qara dəniz, Baxıb türkün bayrağına! "Ah!, - deyərdin, - heç ölməzdim Düşə bilsəm ayağına!" Incilər tök gəl yoluna, Sırmalar səp sağ-soluna! Fırtınalar dursun yana, Selam türkün bayrağına! youtu.be/PUcNcS9JUso Mən fikirləşirdim ki, Turanın yolu Azərbaycandan keçir və Turan birliyi məhz Azərbaycanın birləşməsindən sonra mümkündü. Azərbaycanın bütünləşməsinə, əsasən, üç qüvvə qarşı çıxacaq: fars şovinizmi, rus şovinizmi və bunların əlaltısı ermənilər. Ermənilər Azərbaycan birləşəndə hər tərəfdən türklərlə əhatə olunacaqlarından və dünyaya çıxış tapmayacaqlarından qorxurlar. Digər tərəfdən, unutmayaq ki, ermənilər Azərbaycanın birləşməsi məsələsinə mane olacaq elə bir gücə malik deyillər. Fars və Rus şovinizmi isə Azərbaycan kimi yağlı bir tikəni -onun neftini, pambığını, taxılını... itirmək istəmir. Azərbaycanın güneyi İranın taxıl anbarıdır. 1945-46-cı illər hərəkatı məğlubiyyətə uğradıqdan sonra fars ideoloqlarından biri yazmışdı ki, Azərbaycan az qalmışdı tam müstəqil olsun; Azərbaycan müstəqil olarsa İran ondan asılı vəziyyətə düşəcəkdir, çünki bütün varın, sərvətin mərkəzi Azərbaycandır.
Ebulfez Elçibey
Ebulfez Elçibey
twitter.com/tcsavunma/statu...
·
94 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.