Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

428 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Analitik psikolojik danışmanlık
İstər zehni, istər əxlaqi, istər estetik cəhətdən qərbin ruhi həyatının ürəkaçan olmadığını qeyd etməliyik. Çevrəmizdə yeni bir mədəniyyət abidəsi qurduq, sonra hamımız onun köləsi olduq. Cismi əsas götürüb, ruhu tərk etdik, maddiyyata qapanıb mənəviyyatı ona qurban verdik, ehtirası bütləşdirib sevgini onun kölgəsi etdik, fiziki toxluğa sitayiş edib ruhi aclığı gözməzdən gəldik... Qərbin mənəviyyatı maddi toxluqdan ibarətdir. Qarnı doymuş olanın gözü tox olar. Mənəviyyat isə qarnı ac olanın gözünün tox olmasıdır ki, qərb dəyərləri belə bir mənəviyyatdan uzaqdır. Qərb heç zaman maddi aclıqla mənəvi toxluq ənənəsinə sahib olmadı. Elə buna görə də Freydin cinsi doyum üçün davamlı seks çağırışları qərbdə məşhur ola bildi. Şərq insanın buna ehtiyacı yoxdu. Bir çinlinin yoqa ilə əldə etdiyi mənəvi hüzur və ruhi aramlığı heç bir şeylə üstələmək mümkün deyildir... Biz texnoloji üstünlüyümüzlə şərqə nüfuz edərkən onlar da mənəvi üstünlükləri ilə ruhi boşluqlarımızı tamamlamasalar və qərbin dominantlığı bir tərəfli inkişaf etsə bir neçə on illikdən sonra ciddi insanlıq çöküşünə şahid olacağıq. Xristianlığın mənəvi dəyərlərini yox etdik, amma onun boşluğunu heç bir şeylə doldura bilmədik. Psixoanalitik məktəbini dinə alternativ yaratsaq da onun heç bir şeyə yaramadığına şahid olduq. Hətta bu məktəbin də bir qərb icadı olduğunu iddia edə bilmərik. Riçard Vilhelmin mənə çatdırdığına görə psixoanalitik məktəbin bir çox mövzuları qədim Çin mətnlərində açıq yazılmışdır. Lakin tədavi üsullarında onlardan ayrıldıq, amma bu tədavilərin nəzərəçarpan real nəticələrini əldə edə bilmədik... Qərbin bir tərəfli inkişafını götürən şərq, təəssüf ki, öz mədəniyyətinin necə məhv olacağının fərqində deyil. Eh, amma bizim şərqin mənəviyyatı ilə yıxılacağımıza inanmağımız üçün bir əsasımız yoxdur...”
Analitik Psikoloji
Analitik PsikolojiCarl Gustav Jung · Payel · 1997149 okunma
·
154 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.