Gönderi

192 syf.
10/10 puan verdi
Kitab dəyərləndirməsi
Ailəsinin dostlarının səndən bir şey olmaz dediyi bu adam hazırda fiziologiya doktorudur. Bunu da çox yavaş və yaşıdlarından gec bir vaxtda əldə edib. Nəticə etibarilə müəllifimiz türkiyə elmi sferasında məşhur olan 10 nəfərdən biridir deyə bilərəm. İlk öncə youtube videoları ilə tanımışdım. Keçək kitabın özünə. Bu kitab İFA seriyasının ikinci hissəsidir. Birinci hissəsini başqa birinə oxumaq üçün vermişdik. Həm də bu daha maraqlı gəldi mənə. Kitabda diqqətimi çəkən bir çox məqam oldu. Öncəsində nə üçün sosial canlılar olduğumuzu fizioloji əsaslarla izah edən müəllif Kitabın tam qavranılması üçün əlindən gələni edib deyə düşünürəm. Üstəlik tarix ümumən sosial elmlər və antropologiya maraqlısı olaraq tarixi gedişat və genetik mirası necə ötürdüyümüz mənə maraqlı gəlir. Universiteti bitirənə yaxın məndə bir fikir formalaşıb ki, insanlar öz bədənlərini tanımır. 8 ildir bu fikir gün keçdikcə daha da möhkəmlənir. İstifadə qaydasını bilmədiyimizə görə də onunla problemlər yaşamağımız, onun ara-sıra xarab olması çox normaldır. Sinan hocamız da bu problem üzərinə ifanı bir növ yazmaq məcburiyyətində qalıb. Bizə görə insan fiziki sağlamlığında hər hansı problemi olmayan rahat yeyə və yata bilən insandır. Ancaq bu sağlamın ehtiyacları nədir, digər insanlar ünsiyyət olmayanda niyə bizdə problemlər yaranmağa başlayır heç bu barədə düşünmək belə istəmirik. Ağlıma panik atak xəstələri gəlir həmişə. Ürək ritminin artmasına görə onların günü kardiograma çəkdirməklə keçir. Əslində isə bu bir panik atak əlamətidir. Həə bütün ürək ritminin armtması halları panik atak deyil. Nə isə mövzudan uzaqlaşmadan toparlayım ki, biz həlli çox zaman yanlış yerlərdə axtarırıq. Nəticədə problemlər həll edilməmiş qalır. İkinci məsələ isə Stressdir. Hansı ki, həyatımızın hər anında ödümüz ağzımızda gəzirik, səhər işə çatmaq üçün, işdə layihəni çatdırmaq üçün, evdə səhər tez durmaq üçün plan quranda özümüzü daim stress altında hiss edirik. Muasir insanın əsas problemi yoxluq deyil, çoxluqdur. Adamın niyə bu qədər mənə maraqlı olmasını birdə burda öyrəndim. Ortaq fikirlərimiz çoxdur. Bu çoxluğun özü də bizə stress verir. facebookda 5000 dostumuz təbiətimizə uyğun deyil. Gün ərzində xəbər bombardmanı altında qalmaq təbiətimizə uyğun deyil. Təəsüf ki, texnoloji inkişaf bizə sağlamlığmız barədə heç də yaxşı vədlər vermir. Ancaq müəllif bunun həllini də verir. Anda qalmaq. Hamının instagram biosunda yazdığı o məşhur “carpe diem” sözü vare. Bax o. Amma maaşı aldığımız gün xərcləyib səhəri gün “patalokla” baxışaq demək deyil bu. Məsələn blogu yemək yeyərək oxuyursunuzsa saxlayın, yeməyi bitirin sonra baxın. Hiss etməyə çalışın görək yemək nə dadir, duzu necədir, axrıncı dəfə nə vaxt yemisiniz bu yeməyi, öncə yediyiniz qədər dadlıdırmı ? nəyə görə sevirsiniz bu yeməyi, hər dəfə iyini hiss edəndə özünüzü necə hiss edirsiniz? Çoxdandı eləmirdiniz yəgin ki bunları. Anda qalmaq tam da budur. Sevdiklərimizlə vaxt keçirmək adıyla tvyə baxmaq deyil. Əsər oxuyarkən bir əldə telefonla yox, əsərin içində olmaqdır. Bizi ancaq bunlar insan saxlayar. Etdiklərimizin haqqını verərik. Yoxsa stress və ardından xəstəliklər bizi ziyarət etmək üçün növbəyə duracaq. Kitabı niyə oxumalı olduğunuzu deməyimə ehtiyac qalmadı deyə düşünürəm. Sağlam olun, özünüzü qoruyun.
İFA: İnsanın Fabrika Ayarları 2. Kitap
İFA: İnsanın Fabrika Ayarları 2. KitapSinan Canan · Tuti Kitap · 20202,338 okunma
·
224 görüntüleme
Doğavekitap okurunun profil resmi
👏👏👏 Bu güzel kitabı ben de okuyup yorumladım. #kitapseverlertakiplesiyor #dogavekitap #dogavekitapankara dogavekitap.wordpress.com/2022/10/31/insa...
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.