Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Mən səni  bağışlayaram. Bəlkə, unudaram hər şeyi , amma, onlar.. Onlar inanmıram bağışlaya ya da unuda. İndi hay dedim mən bağışladım, bəs gözlərim?  Gözlərim bağışlamaz. Axı çox ağlatmısan onları. Əllərim bağışlayarmı səni heç?  Sən onları bir dəfə də olsun, "heç buraxmayacaq kimi tutmadın", məsələn . İndi deyirsən ki, ayaqlarımın sənə qarşı ayrı bir kin'i var?  Çünki bütün çıxmazlara saldın onları .Yollar səni mənə gətirə bilmir deyə çox əsəbidir , saçlarım düşmandı sənə, "qoxusunu bilmək istəmədin" - deyə.  Yorğanım da yaman inciyib, düzü əvvəldən sevmir səni, hər gecə səni xəyalını qucaqladığım üçün. Dəsmal əvəzi istifadə etdiyim , köynəyimin qolları harda görsə boynuna yapışacaq boğmaq üçün. Qollarım bağışlamayacaq səni, qollarım, səndən başqa hamını qucaqlaya bilir deyə. Mahnılar səni xatırlatmaqdan , kitablar səni danışmaqdan , dostlarım eyni söhbəti eşitməkdən, , qələm ancaq səni yazmaqdan , cümlələr artıq səni izah edə bilmədiyindən , ,  pişiklər kədərli halıma şahid olduğundan ,  , bax bunlara görə  bağışlanmayacaqsan, ən çox da mənə etdiklərinə görə yox etmədiklərinə görə bağışlanmayacaqsan , heç vaxt. Mən bağışlasam da onlar bağışlamayacaq. Mən səni bağışlasamda, Ulduzlar səni bağışlamayacaq sayaraq sənə çatmadım deyə, bağışlamasını istəyirəm, amma bağışlamayacaq. Əgər bacara bilsən , sən  məni bağışla , çünki səhv edib sənə güvəndim. Hə birdə bacara bilsən ən çox özünü bağışla . Bağışlaya bilsən bağışla. Çünki ikimizdən biri bunu etməlidir. Bağışla özünü, çünki Tanrı səni heç vaxt mən bağışlamadan bağışlamayacaq. ..
·
47 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.