Ətraflı bir incələmə yazmısınız. Bu baxımdan təbrik edirəm. Amma fakt olaraq qeyd etdiyiniz bəzi məlumatlar tarixçilər tərəfindən sual altında ya da yanlış olaraq qəbul olunur. Bunlardan bur neçəsi qeyd etmək istədim. Ümid edirəm ki, xoş qarşılayarsınız.
İlk olaraq, Sezarın borcunun əsas səbəbi dostları və qadınlar deyil, siyasi arena yüksəlmək, özünü Romaya tanıtmaq üçün və yandaş toplamaq gördüyü işlərin nəticəsidir. Borc aldıqlarından biri də Crassusdur ki, Sezarın siyasətdə uğurlu olacağına inandığından yatırım edib.
Digər məqam, Sezarın Galyaya Romaya hücuç etmək üçün gedib kimi dəqiq bir fakt yazmağınızdır. Romada magister, vali olaraq bir çoxları gedib əhalidən alınan vergilərlə borclarını bağlayırdılar. Bu Sezara da həm borcunu bağlamağa kömək etdi, həm də o zamanlar qazandığı müharibələr ilə ondan daha şöhrətli olan Pompeiusla eyni, zamanla daha çox auctoria sahibi olmasının yolu idi. Galyada vəzifə müddəti sona çatanda Senatodan tələbi konsüllük almaq idi. Çünki senatorlar arasında Sezarı məhkəməyə vermə istəyənlər var idi(məhkəməyə vermək o zamanlar normal idi, amma auctorianı zədələyirdi. Üstəlik məhkəmələrdə rüşvət geniş yayıldığından və Sezar uzun müddət Romadan uzaq qaldığından onun kimj güclü rəqibi bu yolla sıradan çıxarma ehtimalları yüksək idi). Pompeius da Sezardan vəzifəni təhvil verib, sıradan vətəndaş olaraq şəhrə gəlməyinj istəyir hansı onun məhkəməyə verilməsinə tam imkan yaradır. Sezar danışıqlarda da güzəştlərə getsə də, özünə çox güvənən Pompeius və onu izləyən razılaşmır. Bu da içsavaşı başladır.
Digər məsələ Pompeius öz donanması ilı qaçır demək tam doğru deyil. Ətrafdan yığdıöı gəmilərdən istifadə edir, bu səbəbdən Sezar çox az gəmi tapır. Və Sezar da gəmilərdən istifadə edir, hətta gəmi az olduğundan bir neçə dəfə səfər edilməli olunulur. Bundan daha sonra xəbərə tutan Pompeius ordusu növbəti səfərlərdə dənizdən onları qarşılayır, bir neçə gəmini batırır, əsgərləri öldürür.
Son olaraq, Brutus Sezarın öz oğludur fikri tam olaraq təsdiqlənməyib. Bunu nə təsdiqləyən nə də inkar edən dəqiq mənbə mövcud deyil.