Gönderi

201 syf.
10/10 puan verdi
İçimdəki Jonathan Carroll eşqi..
İl əvvəlində "erkən qol" adlandırdığım Jonathan Carroll susqunluğumu pozdu yenə. Mən şok. Mən iptal. Mən xoşbəxt. Baş qəhrəmanımız Joseph Lennox uşaqlıq xatirəsini danışmaqla başlayır. Böyük qardaşı Ross həm onun qəhrəmanı, həm də cəlladı imiş. Əlinə düşən heç bir şansı Joseph'ə zülm eləməkdən əsirgəməyən Ross, yaxın dostu, məktəbin bradyaqası Bob Hanley ilə birlikdə daha təhlükəli tandemə çevrilir. Və bir gün Joseph qardaşı Ross'un ölümünə səbəb olur. Daha sonra qardaşının məktəb illərinə dair hekayə yazıb məşhurlaşan 24 yaşlı Joseph, hər şeydən uzaqlaşmaq üçün Vyanaya köçür və burda Paul və İndiana ailəsiylə tanış olur. İlk andaca İndianaya aşiq olur və beləcə macəramız başlayır. Əvvəla, kitab bir əvvəlki "Qəhqələr ölkəsi" əsərindəki kimi ilk 70 faizi çox bəsit, sadə münasibətlər üzərindən inkişaf edir. Sona doğru hekayə qaranlıqlaşır, ortama bir Stephen King havası çökür, amma təəccübləndirmir. Amma o son 10 səhifə.. o son 10 səhifə.. son 2 səhifəni ayaqüstə oxudum, bitirdim və evin içində "uuuydaa", "uuuuuuydaaaaa" deyə-deyə dövrə vurmağa başladım. Hardasa 1 saat kitabın sujetini 3 dəfə Ayselə təkrar-təkrar danışdım, bezdirdim. Üstünüzə sağlıq, bir gün əvvəl Kazuo İşiquroya məruz qalmışdım deyə səhrada susuzluq çəkən ağ ayı kimi hiss edirdim bəlkə, ona görə bu kitab bu qədər ləzzət eləmiş də ola bilər, amma bu aldığım zövqə kölgə salmamalıdı. İthaki Nəşriyyatının bu cür xəzinə kitabları illər əvvəl çap edib zamanın badına getmişliyi var, "Qəhqəhələr Ölkəsi" artıq tükənib, o daddan məhrumsunuz, heç olmaya bu şansı itirməyin. Cliva Barker, Stephen King tərzi romanlar xoşunuza gəlirsə, mütləq Carroll əmi ilə tanış olun.
Gölgemizin Sesi
Gölgemizin SesiJonathan Carroll · İthaki Yayınları · 201217 okunma
·
127 görüntüleme
İnci Zadə okurunun profil resmi
Kazuonu burada da yıxıb-sürümüsən 😂
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.