Puan vermedi·572 syf.····Okunma: 29 Ekim 2022 16:18 Ya bu qorumadan uzaq düşmüşsə, ya da unudulmuşsa onda necə?
Həyatının iztirab dolu başlanğıcına qədəm qoyan o qədər obraz var ki, hansından bəhs etsəm bilmirəm.
Əsəri oxuyub, bitirdikdən sonra “nə üçün Hüqo?”, “ ağlına fərqli bir son gəlmirdi?” deyirdim. Ancaq etiraf etməliyəm ki, başqa bir son olsa idi, daha az təsir alardım...
İztirab dolu həyatı olan obrazlardan (məncə baş obrazdır) biri Quasimodo idi. Fərqli görkəm onu insanlardan uzaqlaşdırmış və öz qaranlığına məhkum etmişdi. Öz işığı ilə onun qaranlığına səmavi bir aydınlıq gətirən Esmeralda, həyatının baharını yaşayırdı ; rəqs edir, Djali adlı keçisi ilə əylənir.
Gözəlliyi ilə iz salan Esmeralda, kiçikdən böyüyə hər kəsin sevimlisinə çevrilir ; necə ki, xalqın ağlına mənfi heç nə düşməmişdi..
Doğruluq payından əmin olmayan insanların verdiyi qərarlar üzərində başqalarının həyatı dəyişirdi, başqa həyat hekayəsi yazılırdı. Xoşbəxt başlanğıclar olurdu amma xoşbəxt son az təsadüfə qismət olurdu.
“Kuşkusuz, Tanrı ve toplum aynı ölçüde adaletsiz davranmışlardı.”
Əsərin dostluq mövzusu üzərində qurulduğunu düşünürdüm. Amma sevgisi uğrunda mübarizə aparan qəlblərin daxili savaşlarını hiss etdikcə, belə olmadığını anladım.
Öz ülvi tutqularına sadiq qalaraq savaşan bu obrazların hər birində haqlılıq payı var idi.
Ən az haqlılıq payını mən papaza verirəm. Əgər savaş sənin deyilsə, ordan çəkilməlisən, əks təqdirdə, həyatın kabusa çevriləcək.
“Bir kadının ellerinin insanüstü bir güce sahip olduğu ayar vardır.” Bu anlar, xoşbəxtliyə doğru bir addım zamanı ya da bədbəxtlik qapısının üzünə açıldığı zaman baş qaldırar..
Çox qəşəng idi. Çox sevdim.