Gönderi

160 syf.
10/10 puan verdi
2022-nin ən yaxşı kitabı..
Kitabların beynəlxalq mükafatları siyasiləşmiş mövzulara toxunurlar deyə almalarına o qədər öyrəşmişəm ki, bu kitabın "Booker" qazanmasına təəccübləndim. Kitab.. çox gözəl idi. Açıqsözlüydü. Tob, Colin və Alex üçlüsü məktəb vaxtı Adrian ilə tanış olur və 3 muşketyor və Dartanyana çevrilirlər. Yeniyetməliyin enerjisi ilə hər şeyi fəlsəfiləşdirib, anlam arayışına çıxırlar və dünyaları sinif yoldaşları olan Robson'un intiharı ilə yavaş-yavaş dəyişməyə başlayır. Kitaba aid o qədər az detal vermək istəyirəm ki. Çünki oxunaraq təcrübə edilməsi önəmli kitablardandı. Kitabda bir hissədə Tob həyatın ədəbiyyat kimi olmamasından qorxduğunu deyir. O hissədə bir dayandım və geri qayıdım uzun monoloqunu bir də oxudum. Bəzi dialoqlar var ki, oxuyursan və hiss edirsən ki, burda önəmli bir şey baş verdi. O duyğunu içimdən ata bilmədim. Bir az irəlilədim, səhifələr ötdü və Tob böyüdü, rutin bir həyat qurdu. Doatlaeını itirdi, ailəsi dağıldı, saçlaeı tökülən, məzmunsuz və solğun həyat yaşayan fərdə çevrildi.. romanlardakı kimi həyat ondan yan keçdi. Yazıçının bu şəkildə bu xərfalığı kitaba gizlicə yayması.. Başqa bir mövzusa.. Tob keçmişə dair şeyləri xatırlayır və bunu öz dilindən anlatsa belə, arxa planda bir şeylərin gizli olduğunu hiss edirdim. Və köhnə sevgilisi( haqqında ayrıntı vermək istəmirəm, kitabın ana damarıdı) keçmişi birlikdə yad edəndə işlətdiyi fraza "anlamırsan, anlamadın və anlamayacaqsan" yenə məni dayandırdı.. Tob öz xatirələrində hər şeyin baş rolundaydı. Tob özünü yaxşı birisi kimi qələmə verirdi, "mağdur"u oynayırdı.. yaddaşı ona xatırlanmasını istədiyi şəkildə xatirələrini geri verirdi. Özü də fərqinə varmadan keçmişini dəyişdirirdi.. Kitabın sonu o qədər önəmsiz idi ki artıq. Oxuyurdum və tez-tez dayanırdım. Kitabda xiddi dram baş verirdi və sujet vecimə də deyildi.. Müəllif personajlara dair xırdalıqları elə incəliklə yoğurur ki.. həsəd apardım. Yadıma bir neçə gün əvvəlki "Səs və ya Qırmızı" əzabı düşdü və əlimdəki kitabı daha möhkəm tutdum. Niyəsə Julian Barnes mənə Paul Auster'i xatırlatdı. Aradakı əlaqəni hələ quea bilməmişəm. Amma fərqlərini bilirəm, Auster ox və yayın mövcudluğunu biruzə verir, gerisini sizə buraxır. Amma Barnes açıqsözlüdü. Personajları silindən fəlsəfi mühakimə yürütməyi, əldə eləmək istədiyi nəticəni son nöqtəsinə kimi dilə gətirməkdən çəkinmir. Bir sonrakı səhifəsə özünü səhv çıxarmaqdan da çəkinmir. Kitab.. mesaj vermirdi, fiction nümunəsi üçün edilə bilən ən gözəl şeyi edirdi: təqdim edirdi.. Kitabı çox bəyəndim.. Çox.
Bir Son Duygusu
Bir Son DuygusuJulian Barnes · Ayrıntı Yayınları · 20212,266 okunma
·
225 görüntüleme
Tinuviel okurunun profil resmi
Hər "anlamırsan, anlamadın, anlamayacaqsan" hissəsində dəli olmuşam😂
Tinuviel okurunun profil resmi
Julian Barnes mükəmməl detal imiş<3 Bütün yaradıcılığını vaxtaşırı əldən keçirmək niyətindəyəm...
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.