6/10
·416 syf.··
2022 38. kitabı
·
60 günde okudu
·
Okunma: 08 Kasım 2022 17:15
Sonunda seriyanın dördüncü kitabını bitirə bildim. Nə yalan deyim seriyada indiyə qədər oxuduğum digər kitablara nəzərən ən zəif kitab bu idi. Əslində oxuma günü və verdiyim xal da buna sübutdur. Dili çox bəsit olsa da oxumaq xeyli çətin idi. Çünki kitabın yarısından çoxu Annenin Gilbertə yazdığı məktublardan ibarət idi. Bu məktublar tək tərəfli olub sadəcə Annenin 3 il ərzində müəllimlik etdiyi yerdə yaşadıqların bəhs edirdi. Ümumi olaraq fərqli hekayələr var idi və bunlar demək olar heç bir biri ilə bağlanmırdı. Hər məsələdə Anne qurtarıcı rol kimi çıxış edirdi. Bu da bir yerdən sonra sıxdı açığı. Ümumi olaraq oxunmayacaq bir kitab deil. Bəzi gözəl nöqtələri var idi. Amma məncə oxunmadığı müddətcə də seriyadan bir şey itirilməz. Təbii ki, bunu bütün kitabları oxuduqdan sonra daha dəqiq deyə biləcəm.
Yeşilin Kızı Anne 4L. M. Montgomery · Ephesus Yayınları · 20203,818 okunma
·
23 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.