10/10
·384 syf.··
Beğendi
·
2022 39. kitabı
·
3 günde okudu
·
Okunma: 10 Kasım 2022 13:13
Seriyanın dördüncü kitabında yaşadığım məyusluqdan sonra çox çox gözəl bir kitab oxudum. Həqiqətən o qədər duyğu yüklü bir kitab idi ki, insan bitirməyinə kədərlənmədən dura bilmir. Ümumdünya bu kitab digər kitablardan fərqli idi. Sanki yazar da bu dəfə təmamilə başqa cür yazmışdı. Kitabın hər bölümünü maraq içində oxusam da xüsusi ilə yarıdan sonra araya heç vaxt salmadan bitirdim. Bu kitabda Anne ve Gilbertin yeni həyatlarına addım atmağını görürük. Onların əslində necə böyüdüyünə şahid olub, yaşadığı bu yeni dövrə onlara yoldaş oluruq. Kitabda Annenin də dediyi kimi onun çox can dostu olsa da ilk dəfə həyatın çox fərqli bir dost daxil olur. Onunla birgə Anne daha fərqli baxmağı öyrənir. Təkcə Leslie deyil eyni zamanda bu kitabın unudulmaz rolu məncə Kaptan Jim idi. Eh təkcə duyğusallıq yox eyni zamanda insanın üzündə gülüş də yaradan bir kitab idi. Xüsusiylə də Bayan Cornelia. Onun bitməz bilməz "erkek düşmanlığı" . Hər dəfə "Tam da erkeklere özgü bir davranış." deyişində adamı gülmək tuturdu. Əslində danışılacaq o qədər önəmli yerlər var ki, amma spoiler vermək istəmirəm deyə qeyd etmirəm. Sadəcə bir sözlə onu deyim ki, kitabı çox bəyəndim və deyəsən seriyada ən bəyəndiyim kitab oldu
Yeşilin Kızı Anne 5L. M. Montgomery · Ephesus Yayınları · 20202,756 okunma
·
32 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.