Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

400 syf.
9/10 puan verdi
·
Beğendi
Kitabı oxuyub bitirdikdən sonra düşünürsən ki,Cenninin həyatının bu cür olmasının günahkarı kim???Cenni özümü? ailəsimi?senator Brendermi yoxsa Lester Keynmi? yoxsa burda günahkar insan yox, cəmiyyət,zaman ve o zamankı cəmiyyətin qanunlarımı?Bəlkə də heç günahkar axtarmaq özü belə mənasiz..Bax bunu isə özünüz oxuduqdan sonra qərar verəcəksiniz.. Əsəri oxuduqca o vaxtki Amerika cəmiyyəti ilə hazırki Azərbaycan cəmiyyətinin necə də bənzər olduğunun şahidi oldum.Cenni obrazı mənimçün hazırda məktəbi bitirər bitirməz ailəyə maddi dəstək olmaqçün ali təhsil haqda düşünməyib,həmin xidmət sahələrində,ayrı-ayrı mağazalarda işləmək məcburiyyətində qalan saf qızları xatırlatdı.Daima acı çəksələr də, işlərini sevməslər də yalandan müştərilərin üzünə gülərək həyatlarında hər şeyin gözəl olduğuna həm özlərini,həm çevrələrindəkiləri inandırmağa çalışırlar.Cenninin nigahdan kənar münasibəti və ana olması nəticəsində eşitdiyi sözlər,təhqirlər isə mənə hazırda ailə qurub,ayrılmış və ya dul qalmış qadınlarımızın şəxsi həyat qurmaq istərkən mentalitet deyilən məfhumun qaydalarına görə bədbəxt olmalarını xatırlatdı.Məgər belə deyilmi? Bizdə də subay bir oğlan Cenni kimi birisi ilə aile qurarsa həmin xanımı nə gözləyəcəyini hamımız çox yaxşı bilirik.. Bəli,bu həqiqətdi..insanlar nə qədər bir-birilərini sevsələr də cəmiyyətin təbəqələşməsi və onun sərt qaydaları mütləq müxtəlif təbəqəli sevgililərin arasına girib onların xoşbəxtliyinə kölgə salır.
Cenni Herhardt
Cenni HerhardtTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014437 okunma
·
65 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.