8/10
·404 syf.··
Beğendi
·
2022 10. kitabı
·
4 günde okudu
·
Okunma: 14 Kasım 2022 19:09
Uzun zamandır bu kitabı hissə hissə pdf şəklində oxuyurdum. ən son səhifələrinə çatdıqda kitabını aldım. Oldum olası Dedektiv janrında nə filmə, nə də kitaba marağım olmayıb. Ancaq Elxan Elatlının bu maraqlı romanını mənə çox dəyərli birisi önərmişdi, hətta bir ara tərəddüt edib kitabın mənə təsir edəcəyini düşündüyü üçün, önərməməyini də düşünmüşdü. Ama yaxşı ki, oxudum. Kitabda olan hadisələrin bir birini təqib etməsi və insan da maraq hissi oyatması, yəni ən azından mənim kimi heç belə bir şeyə marağı olmayan birisi üçün oxunaqlı idi. Yaddımdan silinsəydi yenə oxuyardım deyərdim. Obrazların əsas o Elnur Qafarlının Venerayla olan hüç düşünülməyən münasibəti, Veneranın saf qəlbiylə ona inanması onun evli olacağını heç ağlının ucundan keçirməməsi indiki bir çox qızların yaşadığı bir şeydir. “Yuxarıda” oturanların özünü bu qədər vacib bilməsi, pulu var deyə hər şey edə bilib, bir deyil bir neçə insanın canına qəsd edib bu qədər asanlıqla ört bastır etmələri, həqiqətən insanda ikrah hissi oyadır. Ümumən kitab acı reallıqlarla dolu bir kitabdır,hər birinizə tövsiyyə edirəm. Vaxtınızı boşa xərcləmərsiniz :)
XəyanətElhan Elatlı · Teas Press Nəşriyyat Evi · 20201,722 okunma
·
139 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.