Gönderi

283 syf.
·
Not rated
Icmal
Tolstoy deyəndə hər kəsin ağlına “Hacı Murad” gəlir. Əsər haqqında eşidəndə ilk ağlıma gələn rus imperializminin tərənnümü olacağını düşünmüşdüm. Ona görə hələ də Hacı Muradı oxumamışam. İvan İliçin ölümü və Etirafları oxumuşam. Xronoloji olaraq baxanda bunlar müəllifin sonradan yazdığı əsərlərdir. Kazaklara da münasibətim tam bir mənalı deyildi. Ancaq bir şey haqqında fikir sahibi olmaq istəyirsənsə, onun haqqında məlumatın olmalıdır. Sevmədiyim fərdi inkişaf kitabları da bu yanaşma ilə oxumuşdum. Ancaq Kazaklar onlar kimi olmadı. Əsər Terek çayı sahilində yerləşən Kazaklar və Çeçenlər arasında olan sərhəd döyüşlərinə işıq salır. Kazakların döyüş növbələrindəki macəra hesab etdiyi fəaliyyətlərdən tutmuş, günlük fəaliyyətlərinə qədər bir kəndin içində baş verən hadisələri əhatə edir. Tolstoyun əsəri olduğunu hiss etməyimiz üçün geniş təbiət tərənnümünə də yer ayrılıb. Əsəri oxuyanda istəmədən indiki günümüzlə müqayisə elədim. Cəmi 200 il sonra yaşayan insanlar olaraq bizlər tamam fərqli həyat şərtlərinə sahibik. Onlardan 200 il öncəkilər bəlkə də onlara çox yaxın idi. Amma onlar bizim aramızda fərqlər hədsizdir. İnsanlar uşaqdan-böyüyə ailə və toplum olaraq işləmələri, bunun qarşısında qazandıqları kiçik şeylərlə yetinə bilmələri bununla bərabər buna şükür etmələri, XXI əsrdə yaşayan biri üçün qəribə gəlməsi normaldır əslində. Ancaq biz də o şəraitdə yaşasaq necə olardı? Yəgin ki, onlar kimi biz də alışardıq. Çünki hazırda dünyada bizdən 20-30 il öncə olan toplumlar da var. Ancaq biz özümüzdə olana qane olmuşuq sanki. Onlardakını istəyirik amma, qazanmaq üçün heç nə etmirik. Ən çox təsir edən hissə elə bu oldu. Daha sonra əsər yenə çeçen-kazak münaqişəsinə doğru yol alır. Burdakı məsələləri danışıb sizin marağınızı itirmək istəmirəm. Ona görə əsərdə bəyənib bəyənmədiyim məqamlara keçmək istəyirəm. Əsərdə nəyi bəyəndim: Müəllif sosial-iqtisadi vəziyyəti tam aydın göstərə bilib, bunu rus ordusunda olan nizam-intizamsızlıqları göstərmək bahasına olsa da edib. Daha sonra çox uzatmadan əsas mesajını verib. Seçdiyi personajlar dövrə çox uyğundur. Əsərdə nəyi bəyənmədim. Çeçenlərə başıboş bir millət kimi yanaşması, rasist mövqeyi xoşuma gəlmədi deməzdim, sadəcə olaraq yaraşdırmadım Lev babaya. Əsər qısa olduğu üçün artıq yazsam spoiler vermiş olacam. Ona görə burada bitirsəm yaxşıdır. Oxuyanlar olsa fikirlərini dinləmək maraqlı olar. Kitablarla görüşək
Kazaklar
KazaklarLev Tolstoy · İletişim Yayınları · 20164,302 okunma
·
185 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.