Gönderi

351 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 9 days
...Sonun Sonu....
Bəli, dostlar, bir kitabın daha sonuna gəldim... Bu səfərki kitab seçimim öz yazıçılarımızdan oldu. Uzun zamandır bu kitab və yazar diqqətimi çəkirdi oxuyub yazarın qələmi ilə tanış olmaq istəyirdim amma nədənsə alınmırdı. Şeytanın ayağını sındırdım, oxudum nəhayət. Yazardan oxuduğum ilk əsər idi ama məncə son olmayacaq kimi görünür ;) Əslində kitabı oxumağa başlayan andan nələr yazacağımı dəqiqləşdirmişdim beynimdə. Hadisələr ilərlədikcə haqqında nəsə yazmaq mənim üçün çox çətinləşdi.... Əslində bəyənib bəyənməməyimi iki cəhətdən əsaslandıracam: 1)Əsəri bəyəndim mi? Bəyəndim 2)Baş obrazı-Nailəni sevdim mi? Sevdim desəm mənə görə düz olmaz. Əsərimizin 2 baş qəhrəmanı var: Nailə və İlqar. İlk səhivələrdə dillərə dastan sevgi hekayəsi deyə təsvir edilmişdilər buna görə sevindim taaa ki Nailənin haqqında ilk sətirləri oxuyana qədər. Əslində niyəsə Nailəni masum şirin qızcığaz kimi təsəvvür edirdim. Amma sən demə heç də elə deyilmiş. Nailə çox gözəl olduğu üçün hamı onun üçün ölürmüş, nə istəsən sənin yolunda edərəm deyən kim, nə vədlər verən kim. ☆-...Bir vaxtlar, doğrudan da, ümidlə yaşamışam. Xoşbəxt bir ailə, sevdiyin ər, uşaqlar... Kaş ki, Nailənin düşüncə tərzi fərqli olardı, kaşki "əgər sənə qarşı kimsə laqeyd deyilsə mümkün olduğu qədər ondan istifadə etməlisən" düşünməkdənsə daha ilk əvvəldən hər çətinliyində Allaha sığınsaydı, tək ümid yeri O olsaydı. Bəlkə də bütün bu bədbəxtliklər onu tapmazdı, bəlkə də İlqarla ömürlərinin sonuna qədər daha xoşbəxt şəkildə xəyalını qurduğu ailə kimi yaşayardılar. Bəlkə də, kim bilir... Kitaba gəldikdə isə kitabı və yazarın qələmini bəyəndim. Məncə oxumağa dəyər. Çox sadə dillə yazıldığı qədər hadisələr, hisslər insana güclü şəkildə ötürülə bilir. Çox duyğulandığım səhnələr oldu. Və nə zaman eşitsəm, görsəm gözlərimi yaşarda biləcək hadisələr, nişanələr vardı. Məsələn, ☆Bu qala daşlı qala, Çınqıllı, daşlı qala. Qorxuram yar gəlməyə, Gözlərim yaşlı qala. Bu mahnını harda eşitsəm istəmsizcə gözlərim dolacaq... ☆Düşündüm ki, Nailəni İlqara bağlayan tellər mənim görmə bucağımdan çox-çox böyük imiş... Amma nədənsə mən bununla razılaşa bilmirəm insan bir-birini nə qədər sevə bilər axı onun haqqında hər cürə hadisələri bilsə də, xəyanətlərindən xəbərdar olsa da yenə də onu sevdiyini düşünə?! Məncə bu sadəcə iki insanın bir-birinə öyrəşməsidir. Buna sevgi desək düz olmaz... ☆Cəmi bir neçə günün tanışı olsaq da, yaxın bir adamım kimi Nailəyə ürəyim yandı. Xüsusən onun son sözləri kövrəltdi məni... -....Nə yazıq ki, ümidim ölüb. Ancaq sonda yox, lap əvvəldə... Nə yalan deyim mənim də ürəyim yandı Nailəyə....Ama məncə başına gələn bədbəxtliklərin hər birini öz əlləri ilə özü düzəltdi. Lap əvvəldən yanlış addımı atmasaydı digər yanlışları etməyə məcbur da olmazdı. Necə deyərlər "Yaşamak gömlek iliklemek gibidir, bir düğmesini yanlış ilikledin mi hepsini yanlış iliklersin." Nailənin etdiyi də tam da belə oldu. Bəlkə bunu etsəm hər şey daha da yaxşı olar, bunu etsəm həyatım düzələr deyə deyə səhvlərdən düzəltdiyi bataqlığa məhkum oldu. Amma bütün bunlar tək onunmu səhviydi?! Təbii ki də əsla!!! Heç kəs ama heç kəs onu səhvlərdən yayındırmadı, anası bacısı qardaşı öz istəkləri, ehtiyacları ucbatından səhvlərə məcbur etdilər Nailəni. Ana olan bəndə deməzmi "Ay bala bu pul səndə hardan ola ki bizə ev alasan, hər ehtiyacımızı qarşılayasan." "Bir az mən də işləyim kömək olum." Əsla etmədi, bir ana kimi arxasında durmadı. Bəs atası?! Ata atalıq etdimi ki ona?! Bəs ən yaxın rəfiqəsi?! Heç onu səhvdən uzaq etmək üçün cəhd etdimi? Heç kəs əlindən tutub da ona dəstək olmadı. O da ən asan yolu seçti təbii ki.... Çox təəssüf Nailə, kaşki bambaşqa olsaydı həyatın... Kaşki... ☆Üzün-gözün öyrəşən bir adamla ayrılmaq necə ağırdısa, bu yazıya son nöqtəni qoymaq da mənimçün eləcə ağırdır. Son olaraq bu hekayədən ayrılmaq, həm də belə bir sonla ayrılmaq mənim üçün də çox ağır oldu. Uzun zaman oturub oxuduqlarımı düşündüm... Birdə kitabda da yazıldığı kimi mən də arzu edirəm ki gənclik və gənclər həyatın sərt, dolanbac yollarında heç vaxt azmasın, təcrübəsizliyin, mənfi xislətli insanların qurbanı olmasın. Doğru yolu onlara göstərən olsun və onlar o doğru yolda inamla addımlasınlar.... ☆-Son olaraq bilirsiz, nə deyəcəyəm? Əsərinizin adını dəyişməyin. Əgər uçub gedirəmsə, yeni həyata başlamaqda qərarlıyamsa, deməli, hələ ümidlərim ölməyib... Hər şey, doğrudan da, siz yazan kimidir: Sonuncu ölən ümidlərdir..... ☆"Əlvida" dedi. Əlvida Nailə... Əlvida İlqar... Düşünürəm ki, tezliklə yazardan başqa kitablar da oxumalıyam ;) Ümid edirəm spoiler verməmişəm. :( Kitabla qalın♡
Sonuncu Ölən Ümidlərdir
Sonuncu Ölən ÜmidlərdirVaris · Qanun · 20101,025 okunma
·
71 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.