Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

348 syf.
10/10 puan verdi
Klassik yazarlar sırasında adı çəkilsə də nədənsə az danışılan bir yazardı ya da bizim ölkədə əsərləri az qisim tərəfindən oxunulub . Balzakdan oxuduğum 3cü əsərdi. İlk 2si ''İfritə'' və ''Ateistin ibadəti'' olmuşdu. İftitə əsərini elə də bəyənmədim 80 səhifəlik bir hekayə idi ancaq çox yorucu idi. Ateistin ibadəti isə maraqlı idi. Bu əsər Balzakdan oxuduğum ilk uzun həcmli əsər idi. Əvvəli sıxıcı gedirdi..personajları bir-bir tanıdırdı, həyatlarından, işlərindən filan bəhs edirdi. Birlikdə qaldıqları mehmanxanada bir-birilərinə qarşı rəftarlarından danışılırdı. Sonrası isə axıcı idi. Ejen adlı hüquq'da oxuyan tələbənin Parisin kübar cəmiyyətinə daxil olmaq xəyallarından və bu xəyalı həyata keçirmək üçün başına gələn hadisələr ətrafında cərayan edirdi hər şey. O da digərləri kimi kiçik, kasıb bir mehmanxanada qalırdı. Bu mehmanxana sakinlərindən biri də vermişel fabrikantı və varlı sayılan Qorio ata idi. Qorio ata qızlarını həddindən artıq çox sevirdi. Hər dediklərini son gününə qədər ''yox'' demədən etmək üçün dəridən qabıqdan çıxmışdı. Qızları isə böyüyb ailə qurduqdan sonra ərlərinin təkidi və bəzən də öz etinasızlıqları ucbatından getdikcə Qoriodan uzaqlaşırdılar. Hətta qızları son mənzilə yola düşən Qorio atanın 1tək istəyinə qarşı etinasız yanaşdılar. Qorionun özü də son  anlarında bunu Ejen'ə bildirirdi ki belə olacağını bilirdim, izdirab çəkirdi. Sözün qısası  sizin xoşbəxtliyiniz üçün çalışan valideynlərinizin qədrini bilin. Klassik əsər sevərlər üçün gözəl bir kitabdır tövsiyyə edirəm. Sevməyən və ya yeni başlayanlar üçün də maraqlı ola bilər.( bir az adlar qarışıqdı əsərin əvvəlində tutmaq çətin olur)
Qorio Ata
Qorio AtaHonore de Balzac · Qanun Nəşriyyatı · 201514,8bin okunma
·
112 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.