·384 syf.··Beğendi
···Okunma: 21 Kasım 2022 20:17 Bəli qaldı son 1 kitab. Bu kitab da digər kitablar kimi insana bir çox hissi eyni vaxtda yaşadırdı. Bəzən üzünüzdə gülüş yaranırdı, amma bir dəqiqə sonra kədərlənirdi insan. Gəlin ümumi olaraq bu kitabdan danışım.
Deməli, bu kitab digərlərindən fərqli olaraq Anne və ailəsi barəsində deyil də daha çox yeni gələn rahib və onun uşaqları ətrafında dönürdü. Amma bu kitabı qətiyyən pis etmir. Həqiqətən uşaqların o saf, təmiz düşüncələrini oxuduqca adam davam eləmək istəyirdi. Kitabı uzun müddətdə bitirməyimə səbəb isə mənim oxumağa vaxt tapmamağım idi. Yoxsa kitab yetəri qədər axıcıdır.
Bəli, Anne və ailəsi az qeyd olunsa da Annenin uşaqlarına verinlən səhnələr var idi. Bu da keçən kitabdan onların nə qədər böyüdüyünə şahidlik etməyimizə kömək edirdi. Bütün kitab boyu gələn kitabda yazarın bizi çox ağladacağının mesajını hiss edirdim. Son kitabı oxumağa həm həvəslənirəm, həm də qorxuram. Görək nə zaman başlaya biləcəm.