Gönderi

453 syf.
9/10 puan verdi
·
Read in 25 days
"Sözcüklərə gərək qalmadan məni anlayacaqlarını sandım." Vinsent Van Qoq. İlk dəfədir bir kitab haqqında 1K'da rəy yazmaq qərarına gəldim.Çox yaxşı rəy yazacağımı,kiminsə sona qədər oxuyacağını düşünmürəm,amma yenə də yazmağa çalışacağam,burada özüm üçün qalsın.Spoiler ola bilər.Və başda deyim)Məncə, bu kitab oxunmalı... Deməli,kitabda müəllif tərəfindən yazılır ki,bəzi yerlər uydurmadır,həmin yerlər zatən az-çox bilinir.Ancaq o kitabı yazmaq üçün "Theoya məktublar" kitabından da istifadə etmiş,Van Qoqun olduğu yerlərə gedərək materiallar toplamışdır.Irvinq Stounun hansı kitabları olduğunu bilmirəm,qələmi ilə ilk dəfə olaraq bu kitabı ilə tanış oldum və çox sevdim. Çoxumuz həyata niyə gəldiyimizi bilmirik.Və bəzilərimiz isə heç bunu sorğulamadan yaşayıb gedirik və belə olanlar çox xoşbəxt görünür.Niyə sualı insanı çox yorur,düşüncələr selində boğur,çox əzab verir.Yenə də başqaları kimi bu cür yaşayıb getmək istərdikmi?Məncə,yox. Təbii bəzi anlarda da insanın nə istədiyini bilməməsi çox pis işgəncədir.Bu başqa məsələ... Vinsent keşiş olmaq,uşaqlara fərqli dillər öyrətmək,onlara din haqqında dərslər vermək və həyatını bunun uğrunda xərcləmək istəyirdi.Sonra isə bunlarla xoşbəxt olmadığını rəsm çəkərək daha yaxşı hiss etdiyini görərək rəssam olmaq istəyir.Əvvəl girdiyi işlərdə elə həyatı boyunca da uğursuz olur.Ilk dəfə sevdiyi qadın Ursula onun gözünün önündə başqası ilə evlənir,xalası qızı Key ona "yox,heç vaxt,heç vaxt"sözlərini deyərək rədd edir.Xristina...onun həyat yoldaşı olur,amma keçmiş həyatının onun üçün daha yaxşı olacağını bilənə qədər...Marqo Vinsent üçün özünü öldürməyə cəhd edən yeganə qadın olmuşdur,amma qızın ailəsi üzündən qovuşa bilməmişdilər...Elə Vinsentdə demirmidi ki, "Mənim sevgi də şansım gətirməyib." Eh,nə də gətirmişdi ki?Yenə də sevginin daha doğrusu sevilməsə də sevməyin yaxşı bir şey olduğunu düşünürdü.Sadəcə qardaşı hər şeyə rəğmən onun yanında oldu,hətta o öldükdən 1il yarım sonra da o öldü. "Onlar öz ölümləri ilə də bir-birilərindən ayrılmadılar." Vinsent uğursuz olub,qardaşına ona boş-boşuna pul verdiyini,kömək etdiyini deyəndə onun danışmaması üçün susdururdu.Hər kəsin,məncə,həmişə yanında olan,anlayan birinə ehtiyacı var.Bu ailən də ola bilər,dostunda,sevgilində. Son vaxtlarda daha çox vaxtını keçirdiyi Raşel adlı 16 yaşlı qız ona tez-tez qulağını verməsini istəyirdi.Və bir gün beynindəkiləri susdura bilməyən Van Qoq bunu həqiqətən də edir.Qulağını kəsərək buna son verəcəyini düşünür. Yaşadığı yerlərdə dostluqları uğursuz olmuş,bəzi yerlərdə yaxşı birilərinə də rast gəlmişdir.Gördüyü insanlarla birlikdə acını hiss etmiş,onları rəsimlərlə ifadə etməyə çalışmışdır,amma heç kim onun belə dərin çəkdiyinə fikir verməmişdi. Dostu Qogen də dediyi kimi "O ürəyi ilə şəkil çəkirdi." Kasıbçılıq yaşamış,günlərlə sadəcə su içib yemək yemədən günlərini keçirdiyi vaxtlarda da olmuşdur,hansı ki,qardaşı onun xəstə olduğunu bilməsə elə yaşamağa da davam edəcəkdir.Bütün bu olanlar sonda onu dəliliyə ağlını itirməsinə belə gətirib çıxarır.Dəli?insanlar tərəfindən belə adlandırılırdı,heç nə bilmədən,anlamadan yarğılayanlar tərəfindən. Həyatı boyunca sadəcə bir rəsmi satılır,ondan sonra isə hər şeyi dediyini, çəkdiyini düşünürək boşluğa düşür,beyni susmur,özünə dözə bilmir və həyatını son qoymaq istəyir,bunda belə uğursuz olur,sinəsinə güllə vurur,amma həmin anda ölmür,sonra yaralarına görə ölümə gedir... Çox qarışıq,bəzi yerləri keçərək yazdım.Amma onları həqiqətən yerində olmasam da hiss edərək oxudum.Bəzi sözləri sanki,olduğum vəziyyəti də ifadə edirdi.(heç oxumadığım günlərdə oldu,onun üçün bu qədər uzandı)Onda kitaba daha çox bağlanmırıqmı?Bir tərəfdən də sonunu görməkdən qorxuruq. Van Qoqun həyatı haqqında eşitməmişdim.Sadəcə "Ulduzlu Səma"adlı tablosunu bir çox yerdə görürdüm.Bu rəsmi də qaldığı xəstəxanada çəkmişdir. Və düzünü desəm,çox səthi yanaşırdım.Ta ki,həyatı haqqında bilənə qədər... Həyatda olarkən heç vaxt dəyəri bilinməyib,indi isə demək olar ki,hər kəs tərəfindən tanınır.Hollandiyanın Amsterdam adlanan yerində muzeyi də var.2 iyun 1973-cü ildə Gerrit Rietveld(memar)tərəfindən açılıb. Çoxumuz yeni yazarlardan heç oxumuruq.Sanki,kiməsə/nəyəsə dəyər vermək üçün onun ölməsini,həyatda olmamasını gözləyirik.Düzü indidə sənətə dəyər verməyən çox insan(belə adlandırmaq düzgün olmaz yəqin) var.Məsələn oğurlanan və ya zərər verilmiş çox tablo var. Yenə də hər şey zamanında gözəl... Yaxşı ki,bu dünyadan Van Qoq keçdi. ♡ "Ulduzları və göydəki sonsuzluğu fərqinə varın, bu zaman həyat sehirli görünür. "
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Oxşar Nəşriyyat · 2022330 okunma
·
235 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.