Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

288 syf.
·
Puan vermedi
İcmal
Filminə 3 il öncə baxsam da kitabı oxuyandan sonra öncə də düşündüyüm fikrimi təsdiqlədim. Filmər heç bir zaman kitablar qədər dərin təsir edə bilmir. Ümumiyyətlə kitab yazarı ilə film ssenaristinin məqsədləri fərqlidir. Ona görə hər ikisindən eyni performansı gözləmək sadəlövhlük olardı. “Netflix”, “Amazon prime” kimi platformalar sayəsində kino daha çox vərdiş halına keçib. Demək olar ki, insanların özləri haqqında düşünmək istədikləri zaman fərqli-fərqli vasitələrlə baş qatmaları üçün saysız alətlər var. Kitablar isə hər zaman bizi düşündürmək kimi bir vəzifəni icra etməyə davam edir. Əsəri bilinməyən səbəblərdən oxumağı ertələmişdim. Peşman deyiləm. Sadəcə bir şərq aşiqi olaraq bu əsərə biganə qalmağım özümə də maraqlı gəlir. Peşman deyiləm, nəyə görə? Çünki bundan öncə oxusam belə gözəl hiss edib, qavramaya bilərdim. Zamanı bu imiş deyə düşünürəm. Əsərin baş qəhrəmanı Əli xan Şirvanşir köhnə Bakı xanları nəslindəndir. Onun sevdiyi, Nino Kipiyani isə Gürcü zadəgan qızıdır. Ancaq hər ikisi Bakıda eyni küçədəki məktəbdə oxuyurlar. Nəzərə alsaq ki, o dövrdə məktəb yalnız imkanlı şəxslərin oxuya biləcəyi bir məkan idi. Əsərin ana xətti də elə yuxarı seqment insanlarının həyat tərzindən bəhs edir. Əsər 1913-1920 ci illər aralığında Azərbaycanda olan hadisələrdən bəhs edir. Tarix oxuyanlara bəlli olduğu kimi bu dövr, Birinci Dünya müharibəsi, Rusiyanın dağılması, Azərbaycan Xalq Cümhuriyyəti illərinə təsadüf edir. Əlixan əsərdə Şərq obrazı olaraq canlandırılıb. Nino isə Qərbi təmsil edir. Əlixan köklərinin nə qədər qüdrətli olduğunu, şərqin necə emosional şəkildə yaşadığını, qərbin deqradasiyaya doğru getdiyini, Nino isə Qərbin Şərqdən irəlidə olduğunu, Qərbin daha məntiqli yaşadığını göstərməyə çalışır. Müəllif əsərdə Qərb-Şərq debatını Rusiya-İran müstəvisinə qaldırmazdan öncə, Azərbaycan-Gürcüstan fərqlərini göstərir. Bir-birinə bu qədər yaxın olan bu qədər fərqli iki ölkə ancaq Qafqazda ola bilərdi. Daha sonra Rusiyanın yerlərdə təyin etdiyi məmurlar və irana bağlı dindar kəsimin müqayisəsi gözə çarpır. Dünya müharibəsinə Rusiyanın qoşulmamasından sonra qınağa tuş gələn baş qəhrəmanımız, təmkini qorumaqda davam edir. Daha sonra müsəlman ölkə olan Osmanlının Rusiyaya qarşı kualisiyaya qoşulmasından sonra hər kəs Əlixan Şirvanşirin necə uzaqgörən bir şəxs olduğunu dilə gətirir. Təəssüf ki, bu təzyiqlərə tab gətirməyən bəzi dostları çar ordusuna yazılır və sədaqət andı içirlər. Əsərdə xoşuma gələn digər bir məqam isə erməni Naçararyan obrazıdır. Bu obraz Əlixana yaxınlaşmağa çalışması ilə diqqəti çəkir. Daha sonra Əli xan bir dəfəsində Ninonu Naçararyana tapşırmalı olur. Fürsətdən istifadə edən erməni, gürcü qızını qaçırmağa çalışır. Maraqlı bir şəkildə Əli xan, dostlarının yardımı ilə, Qarabağ atının tərkində onları bakıətrafında yaxalayır. Müəllif bizə ta 100 il əvvəldən ermənilərin planlarını göstərməyə çalışıb. Təəssüf ki, Sovet dövründə bu məsələ çox gizli şəkildə həyata keçirilib. Biz isə sadəcə susmuşuq. Qarabağın azad olunmasından sonra bu əsəri oxumaq bir az mənə rahat gəldi. Öncə oxusaydım bəlkə də öncəki nəsilləri daha çox qınayacaqdım. Əsəri oxuyandan sonra aydın görürük ki, biz nə erməni nə fə Gürcülərlə eyni dam altında yaşa bilmərik. Gürcülər hər zaman özündən razı millət olaraq diqqətimi çəkib. Qafqazı çox sevdiyim üçün onları da çeçen, çərkəz, osetinlət kimi araşdırıram. Ancaq Şimali Qafqaz xalqlarının Rusiya tərkibində olması sayəsində Gürcüstan Qafqaza aid nə varsa öz adlarına çıxarmaqla məşğuldurlar. Ermənilər haqqında isə nəsə deməyim mətni uzatmaqdan başqa bir işə yaramaz. Qafqazı təmsil etməyə ən çox haqq edən ölkə olaraq biz önə çıxmalıyıq deyə düşünürəm. Çünki ərazi olaraq daha böyük, millətlərin çoxluğunda onlardan daha rəngarəngik. Əsərdə gördüyümə üzüldüyüm bir məqam isə, Azərbaycan elitasının önəmli postları tutmaqda həvəssiz olması, bunu onların yerinə gürcü və ermənilərin etməsi oldu. Bu sayədə onlar öz istəklərini daha rahat şəkildə Rusiya dövlət dumasına və bir başa çara çatdıra bilirdilər. Əsər fərqli illərdə Bakı, İran, Dağıstan, Tiflis, Şuşa və nəhayət Gəncədəki hadisələrdən bəhs edir. Təbii ki, baş rolumuz həmin yerlərə səfərlər edir. XX əsrin əvvəllərində həqiqətən çox maraqlı gəldi mənə. Kitabı oxuyarkən gözümdə canlanan mənzərələr sayəsində həmin dövrə səyahət etmiş kimi oldum. Hər zaman düşündüyüm bir fikri də yenidən xatırladım. “şərqdə sirli hadisələr hələ də var” “Şərqi şərq edən elə bu sirli və ənənəvi yaşayış tərzidir”. Bir daha əmin oldum ki, mən həqiqətən Şərqi sevirəm. Yeni kitablarda görüşmək diləyi ilə
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 20232,464 okunma
·
314 görüntüleme
Asiman Aliyeva okurunun profil resmi
Qatılıram. Kitabı oxumadan filmi izlədiyim zaman qocaman bir həyatı 2 saata yaşayıb bitirmiş kimi oluram. Kitablarsa başqa aləmdir)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.