·156 syf.····Okunma: 09 Mayıs 2020 00:00 Kitabın içərisində 20'dən çox hekayə və publisistik əsərlər var. Hər hekayənin adını qeyd etsəm yerləşməz, bu səbəbdən ümumi bəhs olunan mövzulara toxunmaq istəyirəm.
____
Hekayələrdə ailə-məişət mövzuları, keçmiş dövrün camaatının gündəlik işləri, adət-ənənələri, toy, yas mərasimləri, ailə daxilində ata-ana, valideyn-uşaq münasibətləri və s öz əksini tapmışdır..
Həmçinin, kitabı oxuduqca qadınlara qarşı keçmiş dövrdən bəri edilən haqsızlıqları, onlara əşya, mal kimi yanaşılmasını, qız alıb-qız vermək məfhumunun əslində qadınların şəxsiyyətinin, mənəviyyatının alçaldılması demək olduğunu, qızların nə ata ocağında, nə də ər evində qədim zamanlarda heç 1 hüquqa malik olmadığını, ərlərinin onlar üzərində sonsuz hüquqlarının olduğunu və s aydınca görürük.
____
Kitabı ümumilikdə sevdim, maraqlı hekayələr idi, amma bəzilərinin sonu mənə yarımçıq gəldi, bu səbəbdən tam da sevə bilmədim.