Gönderi

464 syf.
·
Not rated
·
Read in 72 days
Uzun zaman sonra bir kitab bitirə bildim sonunda. Kitablardan bu qədər uzaq düşdüyüm dönəmimdə güncəl oxuduğum olaraq kaytda qalan kitab və ayda ildə bir dəfə də olsa üzünü açıb oxuya bildiyim kitab bu oldu. Bu kitabın mənimlə bağlı olan taleyində də bu varmış. Açığını desəm, az öncəki əlamətləri saydığım kitabın daha yüngül oxunabilir bir kitab olması mənim üçün daha uyğun olardı. Çünki, zatən gec gec oxuya bilirdim, oxuduğum zamanlarda da sıxılırdım. Kitab ümumiyyətlə təsvirlərlə doludu. Hətta deyim. Kitabın 70 faizini təsvirlər təşkil edir. Bu faizlik dilimi çıxarsaq hekayə çılpaq qalır. Təbii ki, bir roman üçün mühüm amildi təsvir, amma hər halda bu rəqəmin bir az düşük olması sevindirici hal olardı. Oxucunu təbiətlə harmanlayan bir kitabdır, daha çox da dəniz təbiəti ilə. Tez tez oxuya bilməməm də bunun üzərinə gələndə hekayənin içində qalmaqda zorlanırdım. Qopurdum tez-tez. Amma
Victor Hugo
Victor Hugo
'ya qarşı içimdəki sevgini burda açıb izah edə bilmərəm. Hər halda bu rəğbət kitabı yarım qoyma düşüncələrini gətirmədi ağlıma. Yaxşı ki, də gətirməyib. Və mən bu yazıçıya qarşı içimdə niyə bu qədər sevgi olduğunu bir daha anladım. Kitabın içində nə yaşanırsa yaşansın, hadisələr sizə nə hislər və nə təcrübələr qatırsa qatsın, sonluq həmişə sonluq olaraq qalır. Bu sonluqla bərabər bütövləşir hekayə zehnimizdə. Və kitab irəlidə nə zamansa qarşınıza çıxsa, daha çox sonluq gəlir ağıla, və əgər dərin izlər qoymuş bir kitab olubsa, bir "ah" ardınca isə baş rolun adını çəkib bir neçə saniyə susursuz. Daha öncəki kitablarla olan sərgüzəştlərimdən xəbərləri olanlar, bir baş rola isinməyin artıq mənə nə qədər çətin olduğunu və hardasa heç bir kitabda bu obrazlarla qarşılaşa bilmədiyim üçün üzüldüyümü yaxşı bilər. Və bunu uzun zaman sonra olsa da yenə Victor Hugo bacardı və mən bu incələmənin sonunda rahatlıqla o obrazın adını çəkib bir qədəh qaldıra biləcəm. Gilliat.
Paris Notr-Dam Kilsəsi
Paris Notr-Dam Kilsəsi
'i kitabındaki, Kvazimodo obrazının parçalarını daşıdığını ən sonlara yaxın hiss edə bildim. Yavaş yavaş oldu bu və bir nöqtədən sonra ağzımdan Kvazimodo kəliməsi çıxdı.. o əsər yadıma düşdü. Sonra o əsərin də Victor Hugo'ya aid olduğunu xatırladım. Və içimə isti yoxsa sərin olduğunu anlaya bilmədiyim bir əsinti gəldi.. bu cür şeylər mənə ciddən təsir edir. Və çox xoşdu. Hər nəysə, sonunda, eyni olsa belə yenidən bir yazarın və bir obrazın "Sevgi fədakarlıqdır" cümləsini mənə təkrarlatdığı və bütün cismimi bir neçə saniyəlik bu ölümsüz cümlənin qarşısında buz kimi titrətdiyi üçün qarşılarında baş əyirəm. İndi bu yazıları da oxuyan, deyəcək bu nə yaşayır zad (mən oxusam net deyərdim), bəlkə də heç kəs oxumayacaq. Hər bir halda.. mənim yazılarım zatən çox uzaqlara ünvanlanır.. və sadəcə keçmişin rəflərində itib batmaq üçün yazılır. Nəysə sadəcə demək istəyirəm ki, mənim incelemelerimi nəsə sanıb bir kitaba fln yönəlməyin, çünki mənim içim anlaşılmaz şeylərlə doludu, bu kitablara qaldırdığım qədəhləri bəlkə normal halım başıma çırpardı. Kitab haqda çox bir şey deyə bilmədim, yəni normalda da belə edirəm, sadəcə içimdəkiləri düzürəm bura. Yenə də deyim ki, təsvir deposu olmasından əlavə, "ikiüzlülük və cındırlıq", "gecə və qaranlıq", "içə qapanma, əzablar və ümidsizlik" mövzuları haqda bir neçə yerdə düşüncə fırtınaları var. Hə, unutmadan, Gilliat.. (burda da incelemede görünə bilməyən iki qədəh emojisi:)
Deniz İşçileri
Deniz İşçileriVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 20191,727 okunma
·
64 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.