Gönderi

48 syf.
·
Not rated
·
Liked
V.Hugo yenə bir kiçik hekayə ilə ölüm cəzasını, toplum ədalətsizliyini, cinayəti, cəzanı, təqsiri, təhsil kimi anlayışların həyatımızda və mənəviyyatımızda əhəmiyyətini, bununla yanaşı dövlət və xalq, fərd və kütlə münasibətlərini, qəlb və məntiq, hiss və əməl arasındakı insan mübarizələrini aşılayır. Əsərin baş obrazı Claude Gueux adlı şəxsdir. Claude Gueux adlı kasıb bir insan qeyri rəsmi yaşadığı qadın və onun uşaqlarıyla ac və açıqda qalır. O çarəni oğurluq etməkdə görərək qadını və uşaqları aclıqdan və soyuqdan qurtara bilir. Lakin bu əməlinə görə 5 illik həbs cəzasına məhkum edilir. O xaraktercə duygusuz, hissis, sevinci və kədəri bir birindən fərqlənməyən, başına gələnləri soyuqqanlılıqla qarşılayan bir obrazdır. Lakin o həm də ağıllı və bir çox müsbət xüsusiyyətlərə sahib olduğundan qaldığı kamerada məhkum yoxsa ağa olduğu bəlli olmur. Qısa zamanda bütün məhkumların sevgisini qazanır. Burada o Albin adlı birisi ilə ata bala münasibətinə Albinin onunla yemək bölüşməsiylə başlayır. Albin bir gün gardian tərəfindən aparılır. Bir müddət geri gətirilmədikdə müdir Mösyö D. - yə 9 gün vaxt verir. Tarixlə bağlı hər dəfəsində təhdid edilməsindən yorulan Mösyö D. Claude Gueux - a hücrə cəzası verir. Vaxt tamamamlandıqda Mösyö D. Claude Gueux tərəfindən Albinin qaytarılmaması və hər sualında aşağılanması, xor görülməsi, yalvarışların və xahişlərin görməzdən gəlinməsi səbəbiylə qətlə yetirilir. Belə ki, Albinin onun yeganə dostu, həyatda qalma səbəbi, güvən yeri olmuşdu. Claude Gueux məhkəməyə verilir, lakin o işlətdiyi cinayətlərin hansı səbəblə olmasının sorğulanmağını tələb etdi mühakimədən öncə. Məhkəmə rədd edir tələbləri və 36 il verilir. O bir rahibin xahişi ilə Temyiz məhkəməsinə müraciət edər. Nəticəni isə kitabı oxumanızı istədiyim üçün qeyd etmirəm. Amma Claude Gueux obrazının ayrılıqda təhlilinin, həm də topulum həmin obrazın həyatındakı təsirinin açıqlamaları çox gözəl vurğulanıb. Oxuyarkən insanı təkrar təkrar öz özlüyündə belə sorğulamağa şərait yaradır. Mütləq oxuyun, xoş mütaliələr..
Claude Gueux
Claude GueuxVictor Hugo · Can Yayınları · 2022626 okunma
·
31 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.