Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

224 syf.
9/10 puan verdi
·
32 saatte okudu
Fərdi inkişaf kitabları oxumağı çox sevməsəmdə bu kitabı çox bəyəndim. Uzun müddətdi bu kitabda yazıldığı kimi biri olmağa çalışmışam. Bacarmışammı deyə soruşan olsa yəqinki tam olaraq yox deyərdim. Çünki bu çox çətin prosesdir, birdənbirə sevdiyimiz ya sevmədiyimz xasiyyətlərin hamısını dəyişmək, yaxud hamısını olduğu kimi qəbul etmək yazıldığı qədər asan baş vermir. Oxuduqca həyatımda bir çox şeyi yanlış etdiyimidə gördüm. Bu məni təbiiki təəssüfləndirdi. Oxusanız sizdə rastlaşacaqsınız belə hallarla. Kitab bizə problemləri xırda ya böyük olmağından fərqsiz görməzlikdən gəlməyimizi demir. Sadəcə olaraq həyatın tək bu problemləri düşünməklə çox maraqsız və ən əsası, mənimçün ən vacibi mənasız olacağını deyir. İnanclı olub olmağımızın, ölümdən sonrakı həyata inanıb inanmamağımızın fərqi yoxdur, bu həyatı mənalı yaşamaq lazım olduğunu deyir. İntuasiyalarımıza inanmağı, ürəyimizin səsini dinləməyi, sevgi dairəmizi genişləndirməyi, anlayışlı, səbrli olmağımızı və əgər belə olsaq həyatımızı pessimist yox optimist olaraq yaşayacağımızdan danışır. Başqalarının işinə qarışmamağı, hamının problemini öz problemimiz bilməməyi, hətta bəzən öz problemlərimizi belə gözardı etməyimizi, belə olduğu halda ruhi rahatlıq tapacağımızdan danışır. Hərhalda yoxlamağa dəyər deyə düşünürəm. Mütləqki dost əhatəniz dəyişəcək, dəyişdiyinizi deyib sizdən inciyənlər olacaq, ya ətrafınızdakılar sizi daha çox sevməyə başlayacaq. Yazılanları etdikdə bu dəyişikliyi hiss edəcəksiniz. Mən reinkarnasiyaya inanmıram, həyata bir dəfə gəldiyimizi düşünürəm onunçündə məhz burda yazıldığı kimi yaşamağı üstün tuturam. Hamını sevin, hamıya hörmət edin, qarşılaşdığınız hamıdan nəsə öyrənə biləcəyinizi düşünün, kimsəni özünüzdən aşağı fikirləşməyin. Təəssüfki dünyaya gəlib rastlaşdığımız dövürdə insanlara təhsillərinə, işlərinə, aldıqları maaşlarına, geydiyi paltarlara, sürdüyü maşınlara, yaşadığı evlərə, gəzdiyi ölkələrə görə sevirlər. Belə olmayın, bu yalançı sevgi heç kimi xoşbəxt edə bilməz. İtirdiyiniz insanların sizə nə öyrətdiyini düşünün, sizə yaşatdığı pis hissləri yox, nə öyrətdiyini düşünüb sevməyə davam edin. Sevgiylə qalın, təbiəti sevin, musiqini sevin, filmləri sevin, kitabları sevin və ən əsası insanları sevin, bütün bunlardan heç vaxt əlçəkməsəniz ruhunuzun necə rahatlıq tapdığını görə bilərsiniz.
Xırda Şeyləri Dərd Etməyin
Xırda Şeyləri Dərd EtməyinRichard Carlson · Qanun Nəşriyyatı · 20192,041 okunma
··
186 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.