Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

109 syf.
7/10 puan verdi
·
3 günde okudu
•Spoiler Kitabda Pedofil bir eşqdən bəhs edir. Ki, burada yaş nəzərə alınmamış hətta "insanın əsl yaşı içində hiss etdiyi yaşdır" sözləri də xüsusilə qeyd olunmuşdur. Kitab insana yaşaya bilmədiyi illərin həsrətini çəkdirir sanki və ya yaşamaqdan doymamağın, ömrünə az qalmış yeni bir yaşam eşqinin doğmasından . Bu hisləri dadan qoca yaşlandığını qəbul etməməkdə israrlıdır. Kitab 90 yaşlı kişinin 90-cı yaşını bakirə bir fahişə ilə keçirmək üçün Rosa Cabarcas'a zəng etməsiylə başlayır. Rosa ona əlində olan "mallar"ın arasından onun üçün uyğun birini seçməsi üçün vaxt istəyir. Rosanın zəngini həyəcanla gözləyən Qoca nəhayət onun üçün 14 yaşlı bir bakirə tapıldığı xəbərini alır və gecə ora gedir. Ancaq otağa daxil olanda gözləri önündə çılpaq uzanmış qızcağı görəndə bu "ilahi" varlığa tamaşa etməklə yetinir. Qocanın həyatı boyu 500 dən çox qadınla birlikdə olmasından və sırf cazibədar bir qadına olan istəyindən, onunla evlilikdən son anda vaz keçməsinə baxmayaraq həyatında ilk dəfə aşiq olduğunu sanır. Ki, həqiqətən o yaşda qızcığaza velosibet seçərkən 90 yaşlı kişi küçədə velosibet sürərək səsi nə qədər çıxa bilirsə o qədər yüksəkdən oxumağa başlayır. Və satıcıdan "yaşınıza görə 20 yaş daha cavan görünürsünüz" sözlərini eşidəndə xoşbəxtlikdən məst olur və uşaq kimi atılıb düşməyə başlayır. "İnsan həqiqətdə olduğu deyil hiss etdiyi yaşdadır" deyərək də bunu təsdiqləyir. Ancaq qəhrəmanımızın qəbullana bilmədiyi şey- qocalıqdır .Özəlliklə ,pişiyin qocalıb əldən düşüdüyünü ,dünya üçün yararsız olduğunu ancaq bunun üçün ölüm hökmü verilməsi barədə yazdıqlarına oxuyucuların çoxunun "insanların sağlam qalması üçün və xəstəliyə qapılmaması üçün pişik ölməlidir "rəyi Qocanı xeyli əsəbləşdirmişdi. Baxmayaraq ki, o pişiyi sevmirdi və sevə bilməmişdi ,hərgah pişiyin haqqında belə bir rəy onu özündən çıxarmışdı. Çünkü özündən gizlətməsinə baxmayaraq özlüyündə pişiklə eyni vəziyyətdə olduğunu bilirdi. Hadisələr elə cərəyan edir ki, qoca qızcığazı görə bilmir və onu görmək arzusu ilə alışıb yanır. Nəhayət, sonralar qızı görə bilir , ancaq üstündəki cəvahiratdan və stol üzərindəki yaxşı qiyafətlərindən artıq qızın öz bəkarətini varlı birinə satdığını düşünərək Rosa və Delgadina adlandırdığı qızcığaza bağıraraq oranı tərk edir. Və təsadüfən avtobusda keçmiş fahişəsi ilə rastlaşır və söhbətləşməyə başlayırlar. Qoca başına gələn hər şeyi açıb ona danışır. O sırada qadın ona "kimsə sənə mənim dözdüyüm qədər dözə bilməzdi" deyir və nəhayət qoca ağlamsınaraq qocaldığını ona və özünə etiraf edir. "Problem budur ki, insan qocaldığını öz içindən hiss etmir, amma ətrafdakılar bunu qıraqdan baxanda çox yaxşı görürlər".
Benim Hüzünlü Orospularım
Benim Hüzünlü OrospularımGabriel Garcia Marquez · Can Yayınları · 200520,9bin okunma
·
77 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.