Gönderi

408 syf.
10/10 puan verdi
·
Read in 5 days
Bu mövzuda "Life is beautiful", "The boy in striped pyjamas" və bunlar kimi bir neçə filmə baxmışdım. Lakin filmlər kitablar qədər təsirli olmur və vaxt azlığına görə hər şeyi tam əks etdirmir. Əsərdə diqqətimi əsas çəkən şeylərdən biri kitabların qadağan olunması idi. Bir cəmiyyəti kitabsız heç cür təsəvvür etmək mümkün deyil. Lakin Auschwitz kimi bir yerdə Dita adlı gənc bir qız 8 kitabdan ibarət olan bir kitabxanada kitabxanaçı olur və kitablarını qorumağı bacarır. Ölümə gedəcəkləri bir vaxtda belə öz canından çox kitablarının sonunun necə olacağı onu dəhşətə salırdı. "Kitablara iyi bakın, onlar da size iyi bakacak" deməsi belə hər şeyi əks etdirir. DÜNYAYI SEVGİSİZ BÜYÜYEN İNSANLARIN SAVAŞLARI MAHVETTİ..... Almanların bu qədər qəddar, ruhsuz, mərhəmətsiz, soyuqqanlı olması insanı dəhşətə gətirir. Əsəri oxuduqca onlarda sevginin olmamasına şübhəm qalmadı. İnsanlara bir əşya kimi davranır, hətta əşyadan da pis bir heç kimi davranaraq onların başına dəhşətli oyunlar açırdılar. Əsərin real həyat hekayəsindən bəhs etməsi, orda baş verən hadisələrin həqiqətən baş verib hər hansı bir təxəyyülün məhsulu olmaması isə insanı daha çox dəhşətə salır. Uşaqlar uşaqlıqlarını, gənclər gəncliklərini yaşaya bilmirlər. Hətta yaşayanlar ölülərə bərabər tutulurdu. İnsanlara o qədər vəhşicəsinə, qəddarcasına davranırlar ki, artıq onlar hissizləşib, heç nəyi fikirləşmir,düşünmür , tək çarəni ölməkdə görürdülər. Lakin aralarında Dita kimi cəsurları da var idi, daima ümid edərək bu dəhşətli yerdən xilas olacaqlarına inanırdı və sonda müharibənin bitməsi ilə xilas olmağı da bacarırlar. Dita Krausun, Auschwitz-dən sağ çıxmağı bacaran qəhrəmanın həyatı müharibədən sonra da asan olmamışdır, lakin o əvvəl də olduğu kimi hər zaman güclü olmağı və gülməyi bacarmışdı. Əsər o qədər maraqlıdır ki, əlinizə aldıqda bitirənə qədər buraxmaq istəməyəcəksiniz.
Auschwitz Kütüphanecisi
Auschwitz KütüphanecisiAntonio González Iturbe · Pegasus Yayınları · 20201,886 okunma
·
163 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.