Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
·
Puan vermedi
·
Beğendi
·
4 günde okudu
Leonardo da Vinci
Bugün mənim kimi sənət əsərlərinə,rəssamlara,alimlərə marağı olanların dünyagörüşünü artırması üçün əvəzsiz ədəbiyyat nümunələri paylaşmaq istəyirəm. Leonar Da Vinçi mənim üçün həyatı çox maraqlı gələn sənətkarlardan biri idi. O, intibah dövrünün İtalyan memarı,mühəndisi,anatomu,fizioloqu,musiqiçisi,heykəltəraşı və rassamı idi. Bəlkə də dünyada Leonardo kimi başqa hərtərəfli mütəfəkkür olmamışdır. İŞTE LEONARDO DA VİNÇİ kitabı set şəklindədir,başqa rəssamlarınkı da var. Bu kitab Leonardonun biografiyasını öyrənməyə başlanğıc üçün əlverişlidir,ən müsbət cəhəti odur ki,rəssamın rəsmləri yaxşı keyfiyyətlə çap olunub. Tabloların tarixcələrini öyrənmək,Leonardonu daha yaxından tanımaq üçün BİLİME YÖN VERƏNLƏR kitabına müraciət edə bilərsiniz,bu kitabda əksinə olaraq rəsmlərin keyfiyyəti pis məlumatlar isə geniş təsvir olunub. KAFKAOKUR DƏRGİSİ isə qısa,öz və əyləncəli idi. Məni daha çox öyrənməyə bu dərgi təşviq etdi. ️LEONARDO HAQQINDA MARAQLI MƏLUMATLAR:️ ️Nikahdan kənar doğulduğuna görə uşaq yaşlarında cəmiyyət tərəfindən rədd edilirmiş. ️O, başladığı işlərin hamısını yarımçıq qoyan,sözünün üstündə durmayan biri olub. ️Bəzi ədəbiyyatlarda homocins olduğu təsdiq edilir,bəzilərində inkar. Amma özü də dəftərində qadın-kişi münasibətindən diksindiyini qeyd etmişdir. ️Da Vinçi yuxusu deyilən bir yuxu sistemi var. O,daha çox çalışa bilmək üçün 4 saatdan bir 15 dəqiqə yatmaqla günün yalnız saat yarımını yuxuda keçirirmiş. ️Vegetarian olub-qəfəsdə satılan heyvanları sərbəst buraxmaq üçün satın alırmış hətta. 6000dən çox səhifəsi olan dəftərlərinə hər şeyi yazırmış(elmi araşdırmalarından tutmuş gündəlik evə aldığı ərzaqa qədər) ️Mükəmməllik xəstəliyi olduğuna görə tablolarının bitdiyini qəbul edə bilmirmiş. ️Tabloları sirrlərlə,kodlarla dolu olub və hələdi alimlərin aça bilmədikləri sirrlər çoxdur.
İşte Leonardo da Vinci
İşte Leonardo da VinciJoost Keizer · Hep Kitap · 2016141 okunma
·
42 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.