Gönderi

Sonsuza kadar arkadaşlık
9/10
·208 syf.··
2019 20. kitabı
·
5 günde okudu
·
Okunma: 12 Kasım 2019 00:00
SPOİLER içerir Məncə, uşaqları nədənsə qorumaq üçün ona hələ çox kiçik yaşlarından qadağa qoymaq yerinə hər şeyi ən kiçik ayrıntısına qədər izah etmək lazımdır. "Necə olur, uşaqlara tətbiq olunan qaydalar böyüklərə tətbiq olunmur (özü də bu qaydaları böyüklər özləri yaradırlar)." Uşağa olmazların səbəbini izah etməyəndə faciəvi nəticələri ola bilir. Elə bu əsərdəki kimi Kitab gözümdən axan yaşlarla bitdi. Kitabın son nəticəni anlatması çox təsirli oldu " O an Bruno gördü ki, o, hələ də bərk-bərk Şmuelin əlini sıxır. Və artıq heç kim onların əllərinibbir-birindən ayıra bilməzdi". Əsər haqqında fikirlərim o qədər qarışıqdır ki, toparlayıb yaza biləcəyimi düşünmürəm. B6 mövzuda yazılmış əsərlər, çəkilmiş filmlər qandondurucudur. Elə gerçəklikdə olduğu kimi. Əsərdə Nazi Almaniyasının generalının oğlu Bruno ilə yəhudi düşərgəsində yaşayan yəhudi oğlan Şmuelin dostluğu təsvir edilir. Əslində əsas götürülən isə yəhudi qırğınlarıdır. Alman generalının ailəsi ilə birlikdə yəhudi düşərgəsinin yaxınlığında olan evə köçməsi ilə başlayan süjet xətti burada tək olduğu üçün özünə oyun yoldaşı axtaran Brunonun hekayəsi ilə davam edir. Əsər əsasında çəkilmiş eyniadlı filmə daha əvvəl dəfələrlə baxmış olsam da, kitab mənə çox dərindən təsir etdi.
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202050,6bin okunma
·
36 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.