Gönderi

383 syf.
7/10 puan verdi
Ustad!
Neçənci kitabdır bu ustaddan, unutmuşam. Deyəsən, 28, ya da 29 olmalıdı. Stephen King'in cavanlıqda bir dəcəlliyi olub. Richard Bachman saxta adıyla 4-5 kitab çıxarıb. Bu kitablar alışılmış King ədəb-ərkanından uzaqdılar. King ya rebrending etmək istəyib, ya da öz adıyla yazmaqdan uzaq durduğu kitabları belə yazıb. Running Man bir distopiya romanıdır. "Havayı-V" deyilən televiziya proqramı apokalipsiyanın sərhədindəki dünyada hamıya hakim çıxıb. Dünya koorperativ şirkət tərəfindən idarə olunur, hava çirkliliyi pik həddədir, amma hamı televiziya qarşısında oturur və Havayı-V'nin verilişlərini izləyir.(nəyisə xatırladır sizə?) Ölüm oyunlarıdı bunlar. Cəmiyyətdə ciddi bir təbəqələşmə mövcuddu, kasıblar yaşamaq üçün işləməyə də yer tapmayanda bu verilişlərə üz tuturlar, hərəni bir oyuna yönləndirirlər. Məsələn, ürək-damar problemi olanlar 10-15 mərtəbəlik bina hündürlüyündəki pilləkənlə yuxarı çıxarılırlar və tez-tez suallar verilir. Cavab verdikcə pul qazanırsan, yuxarı çatsan, daha çoxunu qazanırsan. Amma çox vaxt iştirakçılar 6-7ci mərtəbədə infarktdan ölürlər. Baş qəhrəmanımız, Ben Richards'ın oyunlara qoşulmaq üçün iki səbəbi var: qızı çox ağır xəstədi və qızına dərman almaq üçün özü pul qazana bilmir, əvəzinə arvadı küçədə "müştəri" axtarır. Beləcə Ben əmi yarışa qoşulur və ən ağır yarışçün seçilir, ən bahalı və ən ağır. Qaçmalıdı. Arxazınca isə professional ovçular düşür, sağ qaldığı hər günçün böyük məbləğ qazanır. Bir sistem tənqididir bu kitab. 80-ci illərin hippiliyindən nəsibini alıb. Oxunması sürətli, personajları çox yaxşı işlənmiş kitabdır. Kingdən oxumağa başlamaqçün ən optimal seçim deyil, amma oxunması da maraqlıdır. Nəyi bəyənmədim? Bizim müəllim sonluq yazmaqda çox həvəssizdi.. bu 28-29 kitabdan sonluğunu bəyənə bildiyim toplasam 5 kitab çıxmaz bəlkə. Bütün kitab elə böyük bir həyəcan, maraq xətti ilə irəliləyir ki, sonluqdakı xəyal qırıqlığı böyük olur. Richard Bachman ləqəbinin hekayəsi barədə də bir dəfə ayeıca danışarıq, bir də gördünüz ölüb elədi ustad, 73 yaşı var. Deməsinlər öləndən sonra dillərə düşdü. :)
Azrail Koşuyor
Azrail KoşuyorStephen King · Altın Kitaplar · 1989986 okunma
·
72 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.