Gönderi

344 syf.
10/10 puan verdi
·
7 günde okudu
İlk cümlə kitabın mənasını özündə ehtiva edir. Şah İsmayılın ideyası bütöv Azərbaycandır. Taxtac uğrunda gedən mübarizələrə son qoymaq istəyir. Təbriz şəhəri hakimiyyətə gedən yolda son nöqtədir. Təbrizin Qızılbaşlar üçün önəmi kitabda dəfələrlə vurğulanır. Təbrizsiz Azərbaycan düşünülə bilməz. İsmayılla yeddi yaşından tanış oluruq. Atası Şeyx Heydərdən və gözləri qarşısında öldürülən qardaşı Sultan Əlidən yadigar qalan İsmayıl Qızılbaşların yeganə varisidir. İsmayıl öldürülərsə nəslin kökü kəsiləcək. Bundandır ki, bir neçə Qızılbaş əmiri İsmayılın üstündə tir-tir əsir. Səfəvilərin gələcəkdə hökmdarı olacaq İsmayılı mütləq qorumaq lazımdır. Şahlıqdan öncə İsmayıl şeyxliyi ilə diqqət çəkir. İnsanlar Şeyx nəslindən olan İsmayılın üzünü görmək istəyirlər. İnsanlar ondan şəfa tapacağını düşünürlər. Böyük insan kütləsi onun qarşısına çıxır. İsmayıl hakimiyyətə gələndə dövlətin dininin şiəlik olduğunu elan edir. Səfəvilərlə Osmanlılar döyüşəndə Sultan Sultan Səlim öz - özünə danışır ki, İsmayıl yeni məzhəb çıxarıb İslam ölkələrində ağalıq etmək istəyir. Bilmirəm bu fikir nə dərəcədə doğrudur. Ancaq Şah İsmayılın özünü qəzəlində Yusif peyğəmbər sifətli adlandırması faktdır. Həmdə qızılbaşların savaşdığı qılıncları əyri formadadır. Bu baxımdan Səfəvilərin birlik olmasında, hakimiyyətə gəlməklərində dinin nə qədər rol oynaması mənə geniş anlamda maraqlıdır. Gərək bu mövzunu araşdırım. Qızılbaşlar Fərrux Yasarı Əlvəndi, Muradı məlub etdikdən sonra İsmayılın hökmdarı olacağı Səfəvilər dövlətinin əsası qoyulur. Qızılbaşların Baki uğrunda Bakililər və Çaldıran düzündə Osmanlılarla döyüşü müdhiş şəkildə kitabda əks olunub. Çaldıran döyüşünə səbəbiyyət verən məsələdə Şah İsmayıl Sultan Səlimi, o da öz növbəsində Şah İsmayılı günahlandırır. Əlvənd şah kimi Sultan Yavuzda Şah İsmayıla qəzəblidir. Epizodik rollarda olan obrazların ölümü - qardaşlar Əsgər və Bədəlin, Ərzincanlı Orxan, Əzim və s oxucunu dərindən sarsıdır. Nə qədər başlar kəsilər, nə qədər sinələr oxlara, nizələrə tuş gələr ilahi! Hələ Çaldıran düzündə sayca qat - qat az olmaqlarına baxmayaraq mətanətlə vuruşan Səfəviləri Osmanlılar toplara qonaq edir. Əlisa Nicatın adını çox uzun müddət əvvəl ilk dəfə kitabçı Tariyel Eliyev - dən eşitmişəm. Müəllifin təqdimatlarına heç cür imkan edib gedə bilmirdim. Məlum məsələdən sonra yazıçının imzası ilə tanışlığın vaxtının gəlib çatdığı qənaətinə gəldim. Yazıçı ilə təşkil olunan görüşdə iştirak edərək əldə etdiyim "Qızılbaşlar" tarixi romanı kitab rəfimin ən dəyərli incilərindən oldu. Yazıçının nasistlərlə və qadınlarla bağlı fikirlərindən bağımsız olaraq hər kəsə kitabı oxumağı tövsiyə edirəm.
Qızılbaşlar
QızılbaşlarƏlisa Nicat · Qanun Nəşriyyatı · 202138 okunma
·
100 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.