Gönderi

64 syf.
5/10 puan verdi
·
Read in 7 days
"Dekartın həqiqəti"
Dekartın fəlsəfəsinə aşina olsamda, oxuduğum ilk kitabıydı və heç bir halda ona qarşı düşüncələrim dəyişmədi. Kitabı 3 hissəyə bölüb fikirlərimi izah etməyə çalışsam daha gözəl və açıqlayıcı olar deyə düşünürəm. 1. İlkin olaraq, Dekart hər həqiqət adlandırdığımızdan şüphə edə biləcəyimizdən, nəticədə şüphənin özündən şüphə edə bilmədiyimizdən və bu səbəblədə düşündüyümüzdən əmin olduğumuzdan, düşünürüksə də var olduğumuzdan əmin olduğunu dilə gətirir. Bu Dekartın əsasən bazis fikridir deyə düşünürəm və burada tənqid edəcəyim bir məsələ demək olar ki yoxdur. 2. Dekartın orta dövr fəlsəfənin təsirində qalması problemi. Kitabda hər bir nöqtədə sanki düşüncəsini deyildə tanrını sübut etmək üçün çalışdığını görürük. Tanrını sübut etmək çabası kitabın sonuna qədər bitmir və bu proses bir nöqtədən sonra mənim üçün boş gəlir. Çünki "Cogito ergo sum" deyən bir mütəfəkkirin, mən bir tək "tanrı"nın varlığından şüphə edə bilmərəm deməsi, tam azad şəkildə düşünə bilməməsidir mənim üçün. Eynilə də bir çox fikrində dövlətinə xalqına sadiq olduğunu qeyd edir. Bu da müəyyən mənada çəkindiyi və qorxduğu bir qüvvə olduğunu deməyimə imkan tanıyır. 3. Son olaraq, Dekart kitabında tanrının bizdə mükəmməl ideyalar yerləşdirdiyini və bu sayədə tanrı ideyasının doğruluğunu sübut etməyə çalışır. Lakin dualizmi kimi bu fikrini də tam açıqlığa qovuşdura bilmir. Müəyyən bir ideyanın varlığı, ideyasının var olmadığı bir varlığı əsaslandırmaq üçün yetərlimidir? Bir anlayışın bizdə olması, anlayışı olmayan bir məxluqatı sübut edəcək qədər doğru dəlilmidir? Bu mükəmməl ideyalar nədir? Və onlar niyə mükəmməldir?. Dekart bu kimi suallara cavab vermədiyi üçün kitabda açıqladığı fəlsəfəsinin heç də tam əhatə olunmadığını və kifayət qədər düzgün əqli nəticələr irəli sürmədiyini qeyd etməyimə imkan tanıyır.
Yöntem Üzerine Konuşma
Yöntem Üzerine KonuşmaRené Descartes · Kapra Yayıncılık · 20212,671 okunma
·
289 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.