9/10
·456 syf.··
2023 1. kitabı
·
9 günde okudu
·
Okunma: 09 Ocak 2023 23:58
Spoilersiz və oxuduğum zaman nə hiss etdiyimi yazmağa çalışacam.  Kitab dedektiv və fantastik janrdadır. Oxuduğum heç bir kitaba bənzəmir sanki bir film izləyirdim. Yazıçı hadisələri o qədər gözəl tərənnüm edib ki, 458 səhifə olmağına baxmayaraq mənasız dərəcədə uzadıldığını düşünmürəm. Demək olar ki, temp düşmür hər dəfə maraqlı nəsə olur. Onun üçün də kitab qısa müddətdə oxuyub bitirilməlidir deyə düşünürəm. Hadisənin baş verdiyi zaman, geyimlər, məkanlar və personajların hər bir detalı çox məntiqli düşünülüb. Lakin, səbəbini anlamadığım halda sonu məni çox da həyəcanlandırmadı. Halbuki, gözlənilməz sonluqla bitdi. Fikrimcə hadisələrin tempi sonda qismən düşməsi ilə əlaqədardır.
Evelyn Hardcastle’ın Yedi ÖlümüStuart Turton · İthaki Yayınları · 20201,475 okunma
·
115 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Final haqqında yanılmırsız.Maraqlı və qarışıq kitaba bəsit sonluq yaraşmadı təəssüf ki:)
Əfsanə Məmmədova
Gönderi Sahibi
Bəli, yazar elə bil sonda səbri qalmayaraq necə gəldi yazıb. Bu qədər mükəmməl və təkrarı olmayan hekayəyə malik bir kitab belə bir finala layiq deyildi.