Gönderi

390 syf.
·
Not rated
·
Read in 1 hours
Korluqmu? Məncə biz onu indi də yaşayırıq:)
Məncə biz kor olmadıq, onsuz da kor idik. Görən korlarmı? Gördüyü halda görə bilməyən korlar. İlk olaraq kitabın məzmunundan danışsam; (diqqət spoiler var).Naməlum ağ ekran və ya dəhşət adlandıra biləcəyimiz bir korluq epidemiyası başlayır. Bu fəlakətdə yaxalanan insanlar karantinə alınaraq yataqxanaya yerləşdirilir. Əvvəlcə az sayda karantində saxlanılsalar da, sonra onların sayı artır. Hökumət xalqı qorumaq üçün hər bir kor adamı eyni yerə bağlayır. Yeyəcək,içki və sağlamlıqla bağlı köməklik göstərəcəyini deyir. Təbii ki, belə deyil. Hətta ilkin ehtiyaclar da ödənilmir. Ərzaq ehtiyacları məhdud şəkildə ödənilir, lakin sonradan heç qida ehtiyacları da ödənilmir, insanların aclıq üçün nə edə biləcəyi ortaya çıxır. Ölkə vəziyyətində artan korluq sadə görünsə də, karantində olan insanlar üçün eyni vəziyyət yoxdur. Karantində olanlar arasında yalnız bir qadın görür. Tam məsuliyyət daşıyan bir qadın düşünün ki,o bu olanları görməmək üçün nələr verməzdi?!. Kitabımızda heç vaxt xarakter adlarından istifadə edilmir, yalnız xüsusiyyətləri ilə tanıyırıq onları. (Birinci kor, həkim, əczaçı və s.) Müəllifimiz isə əsərində yalnız nöqtə və vergüllərdən istifadə etmiş, dialoqlar abzas şəklində verilmişdir. Açığı, buna görə başda çətinlik çəkdim, Paraqrafı oxuyandan sonra bu danışanın kim olduğunu sorğulayırdım və paraqrafı yenidən oxuyurdum. Onu da qeyd edim ki, indiyə qədər oxuduğum ən yaxşı kitablardan biridir :) Amma ümumi olaraq onu da qeyd etmək lazımdır ki, kitabın bəzi hissələri uzun-uzadı nəzərdən keçirilməlidir. "Kitab sosial cəmiyyət mesajlarını çatdırır." Məncə çox gözəl kitabdır oxumağınızı tövsiyə edirəm. Xoş mütaliələr:)
Korluq
Korluq
José Saramago
José Saramago
Öz Xəstəliyini Sev
Öz Xəstəliyini SevValeriy Sinelnikov · Qanun Nəşriyyatı · 2014176 okunma
·
77 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.