Gönderi

224 syf.
·
Not rated
·
Liked
·
Read in 7 days
Hər bir valideynin, müəllimin oxumalı olduğu kitab.
"Uşaq dünyanın ən böyük səadətidir", - deyir Dostoyevski. Yaxşı, bəs biz o "səadət"ə layiq olduğu dəyəri, anlayışı, sevgini, tərbiyəni verə bilirikmi? Uşaqlar sirli bir qutu kimidirlər. Biz onları nə qədər anladığımızı zənn etsək də, əslində bu kiçik varlıqlar haqqında çox-çox az məlumatımız var. Bir valideyn olaraq övlad(lar)ımızı düzgün yetişdirməyə diqqət göstəririk. Onları öz düşüncələrimizə görə tərbiyə etməyə çalışır, bunun da ən doğru yol olduğunu zənn edirik. Halbuki nə çox doğru bildiyimiz yanlışlar var imiş. Və bütün bunları - uşaqlar, onların psixologiyaları və s. barədə bilmədiklərimizi Montessori (Mariya Montessori adını daşıyan təhsil fəlsəfəsi və elmi pedaqogika haqqında yazıları ilə məşhur olan italyan həkim və pedaqoqdur. Eyni zamanda o, İtaliyanın ilk qadın həkimi idi.) bizə bu kitabında izah etməyə çalışmışdır. O, uşaqların tərbiyəsində yol verdiyimiz səhvlərə, doğru bildiyimiz yanlışlara aydınlıq gətirir, uşaqlara fərqli çərçivədən baxmağı, onları düzgün tərbiyə etməyi, yeni tanış olduqları bu dünyada valideynin onlara necə dəstək olmalı olduğunu izah edir. Yazıçının da dediyi kimi: "Gələcək uşağa bağlıdır. Uşaqlar gələcəyin sirrini daşıyan güclü varlıqlardır." Gələcəyi quracaq olan onlardır. Həyata atılmış bu balaca varlıqların əllərindən tutaraq, bu yolda onlara dəstək olmaq, düzgün qapıları açmaq bizim (valideynlərin, müəllimlərin) vəzifəmizdir. Bir valideyn - ana olaraq mənim də ən böyük arzum övladımı düzgün yetişdirə bilmək, onu gələcəkdə vətənə, cəmiyyətə faydalı bir fərd, şəxsiyyət olaraq görə bilməkdir. Və ümid edirəm ki, bu yolda ona hər zaman dəstək olacaq, düzgün yol göstərə biləcək valideynlər ola biləcəyik... Kitabla qalın...
Çocuk Eğitimi - Montessori Metodu
Çocuk Eğitimi - Montessori MetoduMaria Montessori · Özgür Yayınları · 1995217 okunma
·
162 views
M.zade okurunun profil resmi
İncələmələrini oxumaqdan zövq aldığım oxucu...
1 previous answer
Vəfa Hafiz okurunun profil resmi
Çox təşəkkür edirəm...☺🌸🌸
Elza okurunun profil resmi
Çox gözəl izah etmisən kitabın məğzini. Həmişəki kimi möhtəşəm bir inceleme 😍
Vəfa Hafiz okurunun profil resmi
Sənin təhrikindən sonra yenidən yazmağa başladım.☺ Çox sağ ol verdiyin dəyər üçün, mənim əzizim.🌹💙
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.