Gönderi

Əminə Pakrəvan-Abbas Mirzə və Azərbaycan
O gecə Abbas Mirzə illər boyu çəkdiyi əziyyətləri dilə gətirir və ürəyini atasına boşaldırdı. Bütün hər şeydən xəbərdar olub, ancaq susub və Şahın verəcəyi ədalətli qərarı bəklədiyini söylədi. Şahzadə atasına anlatmağa çalışdı ki, Azərbaycanda başlatdığı reformların dinə qarşı heç bir yönü yoxdur və ayaqda dura bilməmiz üçün bu reformların sürətini gücləndirməliyik. Din xadimləri müctəhidlərin söylədiyi kimi, ruslarla savaşa səbəb olan onun islahatları olmamışdır. Abbas Mirzə atasına anlatdı ki, Tufarqanda ruslarla müzakirə yürütdüyündə onun çəkdiyi əzabları din xadimləri və qardaşları çəkmədilər. Onlar Azərbaycanı mənim qədər sevmədikləri üçün Azərbaycanın böyük bir qisminin ruslar tərəfindən işğal edilməsinə üzülmədilər. Ancaq mən Gülüstan və Türkmənçay müqavilələrinin sancılarını hələ də yaşayıram və son nəfəsimə qədər də yaşayacağam. Mənim yurdum, yuvam olan bu məmləkətin parçalanma ağrıları ruhumu incitməkdədir. Bilirəm ki, sağlığım Azərbaycanı təkrar bütövləşdirməyə müsaidə etməyəcək. Bu da mənim üçün çox ağır bir dərddir. Məzarımda belə Azərbaycanın parçalanma ağrılarını yaşayacağam. Çünkü Gəncədən, Dərbənddən, Qarabağdan, Naxçıvandan rusların zülmündən qaçan azərbaycanlılar din xadimlərinə və mənim qardaşlarıma sığınmırdılar. Onlar Azərbaycan ordusuna, mənə sığınırdılar. Mənə sığınan bu insanlara bir iş görə bilmədiyim üçün gündə yüz dəfə ölürdüm. Çünkü məni ayaqda tutan Azərbaycan əhalisi və Azərbaycan ordusu oldu. Xorasanda sabitliyi sağlayan da Azərbaycan ordusu, Azərbaycan oğulları oldu. Padşahım, mən bütün şəxsiyyətimi Azərbaycana borcluyam, Tehran bütünü ilə mənə qarşı çıxdığında arxamda duran Azərbaycan oldu, həyatıma məna verən, məni cəsarətləndirən Azərbaycan xalqı oldu. Bütün ruhumla, vicdanımla və vücudumla Azərbaycana borcluyam. Bu durumda öz ordumu sonucunu öncədən təxmin etdiyim bir savaşa soxarmı idim? Abbas Mirzə atasına xatırlatdı ki, İrəvanın işğalından öncəki rusların daha yüngül barış planı ilə Asəf-əd Dövlə, Hüseyn Xan, Şahzadələr və bu savaşı cihad olaraq dəyərləndirəndin xadimləri müxalifət etdilər. Şahım da onların bu tutumları qarşısında savaşdan yana oldu. Tufarqan müzakirəsində ingilislərdən yardım istəmək zorunda qaldığında nə qədər aşağılanıb, əzab çəkdiyini söylədi, savaşdan yana tutum sərgiləyən din xadimlərinin onun başkəndi Təbrizin dirənməməsi üçün necə də ilahi fərman çıxarıb, fətva verdiklərini dedi. Şah bütün bunları bilməkdə idi, ancaq surətində ölüm əlamətlərini görən oğlunu dinləmək istəyirdi. O xatırlayırdı ki, bir neçə kərə çevrəsindəkilərin təsirinə düşərək az qala Nadir Şahın oğluna etdiyini etmək istəmişdi. Şah həm oğlunun söylədiklərinin təsirinə qapılaraq, həm də onun bu qədər yorğun və düşgün olduğunu gördüyü üçün gözlərindən yaş axmağa başlamışdı. Abbas Mirzəni bağrına basıb yanağından öpdü. Abbas Mirzə təkrar danışmaq istəyirdi, ancaq Şah onun susmasını istədi və dedi: “Hər şeyi söylədin, hər şey anlaşıldı. Başqa heç bir şey söyləmə”.
·
20 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.