Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

185 syf.
10/10 puan verdi
·
4 saatte okudu
Salam. Söyüdlü axr kitabını iki gündür ki oxumuşam. Əsərlə bağlı fikirlərimi yazmadan əvvəl iki gün həzm etməyim üçün özümə möhlət verdim. İki gün sonra belə Nuriyyə mənə doğma gəlir. Çox canayaxın personaj idi. İndiyə qədər oxuduğum kitablar arasındakı ən yaxşı qadın obrazı məzh özüdür. Ümumən kitab çox ləzzət verdi. Bəzən ədəbiyyat oxumalarını axsadırıq, ya da bir şey öyrətmir deyib ümumiyyətlə oxumuruq, ancaq bu yaxınlarda bir video gördüm, orada deyirdi ki – Ədəbiyyat bilgi verərək insanları öyrətmir, ədəbiyyat sənə hiss elətdirir və sən sonda əlində sıfır informasiya kitabı bağlasan belə mənəvi olaraq güclü bir dərs almış olursan kitabdakı hər duyğu vəziyyətinə girib çıxaraq. İndi mən də yüz faiz çox şey öyrənmişəm bu kitabı oxuyub. Çünki mən də çox duyğu seli yaşadım kitabda. İki yerdə güldüm, biri yadımdadır ki, Murad gələndə Nuriyyəni yatarkən izlədiyini deyir, Nuriyyə də utanır, deyir bəs, “ deyirlər mən yatanda ağzıaçıq yatıram” hahahaha. Qalan yerlərdə isə çoxca kövrəldim. Son 30 səhifəsini iki saatdan çox zamanda oxumuşam. Cümlələri ağır həzm olunurdu. İndi isə daha ətraflı. Yazarın tərzini çox bəyəndim. Özü, öz yazdıqlarına şərh verirdi sanki. Dialoqlar, hadisələr bir-birinin ardı ilə axır və bir yerdə Nuriyyə özü ilə tək qalıb olub bitənləri qiymətləndirirdi. Məsələn elə anların birində İmi və Cimi qardaşlarından İmi olanına Hümmət “sənin kimi yazarı buralarda tapmaq mümkün deyil” minvalında şeylər deyir, İmi, Hümmətini istehzasını başa düşür, ancaq “ tapmaq olar” deyə cavab verir. Bu barədə Nuriyyə təqribi – “İmi və Cimi kimi adamların həyatda heç vaxt nəinki hücum, heç müdafiə pozisyası tutmayacaq qədər cəsarətsiz olduqlarını fikirləşir. Çünki onlar nə qalib gəlmək nə də məğlub olmaq iqtidarında deyillər. Onlar nə ağ olacaqlar nə qara. Onlar üçün boz kifayətdir. Yel ha yandan əssə oraya yönəlirlər, olur əla.” bunları düşünür. Necə də dəqiq, dəyərli təsbitlərdir. Vay elə insanların halına. Otur sənə qarşı pis olan insanlara qarşı hələ də qulaq ardına vurmağa çalış ki, arada bir xeyri dəyir, ondan olmayım. Nəysə, Allah imi-cimiləri bizlərdən uzaq eləsin. Yazıq Nuriyyə lap uşaqlıqdan yetim qalıb. Yazıq Nuriyyə hə? Yazıq Nuriyyə. Nuriyyə yazıqdır doğurdan da, amma ona yazıq sifətini yaraşdırmaq düzgündürmü? Yaxşı ki buranı oxumur. Yoxsa oxusaydı onun barəsində belə düşünüldüyünü görüb qəhərlənərdi. Bəlkə də insanların çoxu üçün bu belə deyil, amma Nuriyyə elə qız idi ki, onun acınmağa ehtiyacı yox idi. Nuriyyəni ən çox acımaq acıdırdı. O mərhəmət dəllalı deyildi və heç kimin ona yazığı gəlməsinə ehtiyacı yox idi. Elə buna görə də hələ tələbəlik illərindən güldürücü rollar oynayırdı. Güclü görünüb, qəddini əyməməyə çalışırdı. Nuriyyə kəndə təzə gedəndə necəsə Allahın bir arxı, söyüdlü arx ona birdən-birə təsirli gəlməyə başladı. Bunu başa düşə bilmədim. Hekayəsinə belə o qədər vaqif olmadığın bir arx niyə bu qədər mütəəssir etsin səni. Qulunu yoldaşı ilə görüşündə Ağabəyim, Səadət haqqında, “Ay bu qız çox qısqancdır, ay Muradı bezdirib, ay gün verib işıq vermir” zad deyir, ancaq özü yoldaşı Qulunu Nazxanımdan tamaşanın ortasında hayharay salacaq qədər qısqanır hahaha. Bu çox anormal birşeydirmi yox, amma içində azca da olsa təzadlıq olduğu dəqiqdir. Nuriyyənin əlinə bir az pul keçən kimi ilk maaşında Ələsgər dayısına pul göndərir, bir dənə də məktub yazır. Altına nə yazsa yaxşıdır? “Qızınız Nuriyyə”. Bax elə orada da belə ara ilə yazılmışdı bu söz birləşməsi. Amma sanki bütün sətri, hətta bütün kitabı doldururdu. Necə də təsirli ola bilir ikicə dənə sözün bir yerə gəlməsi. Həyatı boyu bəlkə də ən çox istədiyi şey idi onun -kiminsə qızı olmaq. Bu söz birləşməsində də kiminsə qızıdır, amma o da, biz də bilirik ki, bu belə deyil. Eh. Bir az da yaxşı şeylərdən danışaq. Bu kitabda iki dənə yaxşı ifadə tapdım. Birincisi – “Mənim səndə xoşum var”. “Xoşum gəlir”dən çox daha ikonikdir. İkincisi – (bu lap da ifadə sayılmır deyəsən) kimsə yaxşı bir söz deyəndə “sən lap Atalar sözü demisən” demək. İndi deyə bilərsiniz ki bu ikincini tapmaq üçün bu kitabımı gözləyirdin, Ülvi? Hamı bilir də bunu. Amma nə bilim, o an elə qeyd eləmişəm dəftərçəmə, demək ki o an bilmədiyimi hiss eləmişəm. Söyüdlü arxın Quzey Qışlağa verilib-verilməməsi mövzusunda Muradın uduzduğu anlarda Nuriyyənin ona baxa bilməməsi Muradı nə qədər dərinlərində sevdiyinin göstəricisi idi. Nazxanıma Murad barəsində yüngülvari yalan danışan Nuriyyə o qədər nəcib personajdır ki, bu haqq-hesabdan sonra oxucudan üzr istəyir, dostuna göstərdiyi bu saxta hərəkətlərə görə bizim ona günah yazmamağımızı istəyir, and içir ki, o heç vaxt heç kimə yalan danışmayıb. Can e, Nuriyyə. Biz heç sənə günah yazarıq? Sən ürəksən. Bu abzas, sizdən Nuriyyəni günahlandırmamağınızı xahiş etmək üçün yazılıb. O yaxşı insandır.İşiniz yoxdur qızla. Nuriyyə Rəfiqəsi Aynaya yazdığı məktubda Səadət haqqında deyir “Sən nahaq yerə ərin üçün elədiyim kiçik bir xidməti mənə çox görürsən. Güclülər, xoşbəxtlər bu qədər amansız, bu qədər xudpəsənd olmamalıdırlar”. Bu cümlələrə o necə də uduzmuşluğunu qəbul etdiyini göstərir. Yəni imkan ver o qıvılcımı yaşadım da ürəyimdə, Murad sənindir, udmusan, yaxşı eləmisən, mitilimimi atmaq istəyirsən? Sən xoşbəxt olan tərəfsən, əzmə məni. Ürək qoymadı bu qız məndə :/ Murad, Səadətlə xoşbəxt olmadığını, ondan boşanmaq istədiyini Nuriyyəyə deyəndə Nuriyyə ona sənin o cür oğlun var zad deyir. Muradsa cavabında “Günü-dirliyi cəhənnəm əzabı içində keçən bir ata mənim oğlumun nəyinə lazımdır?” deyir. Gördüyüm ən yaxşı müdafiələrdən biri ola bilər. Doğurdan da xoşbəxt olmayan insanın insani potensialı yarı-yarıdan da aşağı olur. Mən özüm də üzgün olan hallarımdakı performansımdan narazı oluram. Kimə lazımdır ki üzgün Ülvi. Kitabda mənə müəmmalı qalan məqam o idi ki, Murad deyir mən bədbəxtəm, Səadətlə alınmır. Nuriyyə də Muradı sevir. Onun xoşbəxt olmağını istəyir düzdür mü? Murada deyir döz, yaxşı olacaq. O anki vəziyyət üçün nə qədər yaxşı ola bilərdi ki Muradın xoşbəxtlik səviyyəsi? Nuriyyəylə birlikdə olmağından daha mı xoşbəxt olacaqdı ailəsini dağıtmayıb? Məncə Nuriyyə özünü düzgün şəkildə ifadə etməli idi. Səadət kimi qısqanclıq manyağı qadına sevdiyini əmanət eləmək düzgün deyildi. Bir də ki, necə oldu ki, Səadətin o boyda qısqanclığı birdən yoxa çıxdı? Mən, birinci Nəriman dayının xəstəxanalıq olana qədər Söyüdlü arxın Quzey Qışlağa uzanmasını rədd eləyib, nadinc insan olub, xəstəxanadan qaçandan sonrakı kəskin dönüşündəki kimi Səadətin həyatında da Nuriyyənin ağlamasının bir dönüş nöqtəsi kimi işarələdiyi düşündüm yazarın (yəni Nuriyyənin hayqırışları ona bir sillə çəkdi, xəstəxana Nəriman kişidə dönüm nöqtəsi olduğu kimi o sillə də Səadətdə eynilə), lakin Səadətin qısqanclığı elə yüngülvari birşeylə qurtarası qısqanclığa da oxşamırdı. Ona qalsa Nəriman kişinin xəstəliyi də elə xəstəxanadan at belində qaçıb, kəbab yeyəsi xəstəliyə də oxşamırdı, amma nəysə. Nələrsə çatışmır burda. Bəlkə də mən overthinkinglik eləyirəm, bilmirəm. Lap deyək ki Səadəti düşündü və özünü fəda etdi, bu düzgün fəda idimi? Təkcə özünümü fəda etdi? Evləndiyi adamı fəda etmədimi? Muradı fəda etmədimi? Muradın oğlunu fəda etmədimi? Kitabın bir neçə yerində Nuriyyə özünün yazıq olduğunu, bədbəxt olduğunu inkar edir, bu fikirlərə qarşı çıxmağa çalışır və özünə isbat etməyə çalışır ki, o, güclü qızdır. Məncə bu addımı atmağında da altməqsədi elə özünə - bu qədər qüdrətli sevgisinə rəğmən ailə dağıtmayacaq qədər güclü olduğunu sübut etmək idi. Bu mənim fikrimdir. Murad, Nuriyyəyə dərdini danışanda, Nuriyyə ona “Gedin, Murad” deyə-deyə Muradın getməsin istəyirdi. Bu lap Sezen Aksunun “Git... Git...Git... me dur ne olursun Gitme kal yalan söyledim “ sözlərini xatırlatdı. Elə indilərdə bir videoya baxdım, Sezen Aksu bu minvalda bunları deyib ; “Aşk böyle bir şey. Aşkın bence bütün sihri bu ilkelliğinde yani. Gel oturalım konuşalım derseniz aşka maşka benzemez ki o. Anlaşalım, konuşalım, bir ortak noktaları bulalım, yok! Korkudan geberirken git diyeceksin! Sürüneceksin, ağlayacaksın, halıları sökeceksin yine de git diyeceksin! Kuyruğu dik tutacaksın, karşındaki biraz şey çıkarsa kuyruğu indirirsin ne var? Ne ölüm mü var sonunda yani? Tabi, çok geç kaldım bunu böyle düşünmek için." Nuriyyə, yuxuda Muradı görməmək üçün turş qatıq içir yatır. Sabah gedim bir banka qatıq alım, şəkər də evdə var. Axırlarda Nuriyyə şəhərə qayıtmaq istəmir, deyir “ burdan ki Quzey Qışlağa cəmi 6-7 km-dir”. Ayrıdırlar, amma yenə də yaxın olmaq istəyir... Sən, səni sevirəm deməsən də olar, Nuriyyə. Nuriyyənin yetişdirmələrindən Səriyyə özünü Nuriyyəyə oxşatmaq istəyir. Bunu bacarıb da, hətta, Səriyyə, sənə bomba bir xəbərim var, burda 1000kitabda incələmərin birində sən Nuriyyə belə olmusan hahaha, rahat ol yəni. Kitabın mövzusuna bir quşbaxışı nəzər saldıqda onu görmək olur ki, sevgi dolu bir qız gəldi kəndə, oranı şənləndirdi, düşmənlərin dost, bədbəxtlərin xoşbəxt olmasına vasitəçi oldu, hətta Səadəti belə sevgisi ilə adam elədi. Təsadüfən əsəri oxuduğum kitabın arasında Audrey Hepburnun əlfəcini var idi. Əlfəcinin üstündə “Gözəl gözlərə sahib olmaq istəyirsənsə başqalarında yaxşını görməyi bacar, gözəl dodaqlar istəyirsənsə yalnız xoş sözlər danış “ tipli şeylər yazılmışdı. Doğurdan da dünyanı sevgi, pozitivlik xilas edəcək. Sevgi ilə qalaq ! Xalq,ulduz düzəldib göyə buraxır, qurbağaların qurultusunun səsi gəlir, İmi isə nəzərlərini yerə dikərək kirpiklərini tez-tez qırpmaqdadır.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959764 okunma
··
578 görüntüleme
Aysel Abbaszade okurunun profil resmi
İlyas Əfəndiyevin “körpüsalanlar”ınıda oxuya bilərsiniz. Əsərin baş qəhrəmanınl sevmədiyim(qıcıq yaratdı) kitab oldu. Amma kitab çox yaxşıdır. Debatlıq mövzusu var deyə bilərəm
Ulvi İsayev okurunun profil resmi
Təşəkkürlər tövsiyyə üçün. İnşallah nə vaxtsa :)
Məltəm okurunun profil resmi
Ülvi bəy, əllərinizə sağlıq. Təhliliniz əsəri oxuduğum günlərə apardı məni. O hissləri bir də yaşadım. "Söyüdlü Arx" mənim üçün əzizdir ona görəki məktəb vaxdı ilk oxuduğum romandır. Həm də ilk gözyaşı tökdüyüm kitabdır. Nuriyyə obrazı insanı özünə ürəkdən bağlayır. Əsəri unutsam da mənə yaşatdığı hisslər, kitabı oxuduqda ağlamağım hələ də yadımdadı. Nuriyyə obrazının mənim bir insan kimi formalaşmağımda çox böyük təsiri var. Ədəbiyyatın gücü danılmazdır.
Ulvi İsayev okurunun profil resmi
Sağ olun şərhiniz üçün, Məltəm xanım.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.