Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

286 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Kitab haqqında düşüncələrim o qədər emosionaldır kii.. Oxuduqca sanki özün də 3-cü sinif şagirdi olursan. İnsanın qəlbi əridikcə əriyir. Daha çox günlük şəklində yazılan kitabda Enriko adlı 3-cü sinif şagirdinin ümumilikdə məktəbdə keçən 9 ay ərzində hər gün üçün yaşadığı xatirələri əks olunub. Hər xatirənin xüsusi adı, günü və tarixi qeyd olunub. Düşünürəm ki, bu şəkildə yazılan kitablar məni daha çox cəlb edir, hadisələrin intizarında daha çox saxlayır. Enriko və onun müxtəlif təbəqələrdən, müxtəlif xarakterə malik olan dostları: Prekossi, Nelli, Qarrone, Koretti, Kərpiccik, Derossi, Krossi, Qaroffi, Stardi, Votini və digərləri. Bu uşaqların hər birinin ürəyindən öyrənəcəyimiz o qədər şeylər var ki: ən sevdiyimiz əşyadan yeri gələndə imtina etməyi, yardımlaşan zaman bunu qarşılıq gözləmədən, səssiz şəkildə etməyi, valideynə dəyər (Bu hissələri sadəcə sözlə ifadə etmək mümkün deyil: Bölüm: "Appenindən Alplara"). Hər şeydən ümdə olaraq isə xüsusi diqqəti müəllimlərə çəkmək istəyirəm.(1880-ci illər İtaliyası). Uşaqlara təhsildən əlavə həqiqi ana və ata kimi münasibət bəsləyən, sözün həqiqi mənasında həyata tutunmaq, ondan zövq alaraq yaşamaq dərsi keçən, bununla kifayətlənməyib gecə növbəsində uşaqların valideynlərinə təhsil verən müqəddəs insanlardır onlar. Bütün bunların qarşılığında isə onların uşaqlardan istədiyi yeganə bir şey var: "Bizi unutmayın".(( Heç bitməsini istəmədiyim, gedib-gəlib əzizləyərək içimə çəkdiyim kitab oldun, əzizim. Artıq kitabxanamda öz yerinə qayıda bilərsən, səninlə yenidən görüşəcəyik.))
Uşaq Ürəyi
Uşaq ÜrəyiEdmondo De Amicis · Qanun Nəşriyyatı · 017,4bin okunma
·
98 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.