Puan vermedi·376 syf.····Okunma: 24 Ocak 2023 14:01 Bu yazardan oxuduğum ikinci kitab oldu və bunu ilkindən (Abaddon) daha çox bəyəndim.
Ailə sevgisini hiss edə bilməyən iki insan. Villi istənməyən bir uşaq olaraq dünyaya gəlir və bunun əziyyətini çox uzun müddət çəkir, ailəsinin parçalanmasını, ona aid olan sevginin başqalarına verildiyini görür. Amerikan futbolunu atıb, xəstə baxıcısı olaraq onkoloji xəstələr üçün nəzərdə tutulan Anderson xəstəxanasında işləyir. Burda isə Visam adlı Livanlı biri ilə tanış olur, bu tanışlıq isə onun həyatını heç gözləmədiyi şəkildə dəyişir. "Mələklər" adlandırırlar bu ölümə məhkum olan xəstələri. Bu mələklərdən olan Visam Villinin ailəsinə, hətta hər şeyə qarşı olan münasibətini dəyişdirir. Ancaq bu qədər pozitiv biri olan Visamın da əslində çox acı bir keçmişi olur, onun keçmişini biləndə Villi onun dediklərinə qarşı tam fərqli cəhətlərdən yanaşmağa, onu daha yaxşı anlamağa başlayır.
Visamın babası haqqında keçmişi oxuyanda nələr hiss etdim özüm də əmin deyiləm, hakim Bədri... Kitab əslində sonu təxmin edilə bilən bir kitabdır, amma yenə də böyük maraqla oxudum və hətta bəzən gözlərim doldu.
Bir gün qarşınıza çıxarsa, oxuyun...
Xoş mütaliələr :)