Kitabı oxuyarkən əsəbiləşməmək əldə deyil. Kitabı bəyəndim, oxumaqdan zövq aldım, lakin kitabda baş verən bir neçə hadisə pis təsir etdi. Könülün də dediyi kimi niyə insanların hamısı bir ürəklə yaşadıqları halda xislətləri müxtəlif olur? Çox maraqlıdır. Bir başqa mövzuda da Könül ilə eyni fikirdəyəm. Bəzən sevdiyimiz insanlar bizə "dərya" yox, "səhra" olur təəssüf ki. Amma onu bilirəm ki, bəzən verdiyimiz qərarlar bizi peşman edə və başımıza pis hadisələr gələ bilər, lakin yenə də o qərar verilməlidir deyə düşünürəm. Yoxsa həmişə ürəyimizdə "bəlkələr" qalacaq. Eynilə bu hekayədəki kimi. Könül Dəryanı ürəkdən sevib, onunla ailə qurmağa qərar vermişdi, amma Dərya onun sevgisinə layiq insan deyildi. Çox da spoiler vermək istəmirəm. Sadəcə son olaraq onu demək istəyirəm ki, Allah bizi gözəl insanlarla qarşılaşdırsın. Xoş mütaliələr.