Gönderi

148 syf.
9/10 puan verdi
·
Read in 35 hours
Spoiler var
Dokuzuncu Hariciye Koğuşu
Dokuzuncu Hariciye Koğuşu
kitabı 15 yaşında olan, adı kitabda keçməyən və dizində olan xəstəlik ucbatından əziyyət çəkən baş qəhrəmanımızın iç dünyasına səyahət etməyimizə şərait yaradır. Psixoloji təhlil formasında yazılıb və sonradan öyrəndiyimə görə avtobioqrafik elementləri də ehtiva edirmiş. Dili çox axıcıdır. Təbii ki, bəzi yerlərdə osmanlıca olan sözlər sıxlıq təşkil edirdi, amma süjet xətti axıcı olduğu üçün bu o qədər də problem yaratmadı. Səhnələr film lentiymiş kimi asanlıqla göz önündə canlanırdı. Buna görə də sıxılmadan və zövq alaraq oxudum. Sözün düzü, oxuyanda ilk çox təəccüblənmişdim. "Bir yazar necə olur ki, personajı bu qədər mükəmməl şəkildə qələmə ala bilir, necə olur ki, baş qəhrəmanın düşüncələrini oxucuya bu qədər ətraflı şəkildə çatdıra bilir?"-deyə düşünürdüm. Sonradan romanın həmçinin avtobioqrafik roman olduğunu öyrənəndə parçalar yerinə oturdu)) Peyami Safa'nın da vaxtında buradakı gənc kimi oynaq xəstəliyi olduğunu öyrəndim. Deyəsən, sağ qolunda sümük vərəmi var imiş və düşündüyümə görə elə bu personajı da özündən yola çıxaraq qələmə alıb, özü də belə bir xəstəlikdən əziyyət çəkdiyi üçün fikirlərini daha yaxşı ifadə edib. Yəni beləcə kitabda da qeyd edilən "xəstənin halından ən yaxşı xəstələr anlayar" alt fikrini də təsdiqləmiş olduq. Kitabda ələ alınan həmin dövrün problemlərindən də bəhs etmək istəyirəm. Türk dilinin fransız diliylə mix edilməsi nəticəsində dil kirliliyinin necə meydana çıxdığı, qısacası, necə degenerasiya etdiyi və dəyərsizləşdirildiyi mövzusuna qısa bir məqamda da olsa toxunulub. Hətta Paşa və Doktor Ragıp kimi bir çox türkün oxumuş və biləndər görünmək üçün fransız dilini necə müdafiə etdiyi və sahibləndiyi də hissələrin birində göstərilir. Bu iki personaj kosmopolit fikirlər irəli sürməkdən çəkinmir, həkim türk dilinin kifayət qədər yaxşı olmadığını bildirir və s. Əsasən də bu hissədə baş qəhrəmanın bu kimi cahil insanlara ağıl verə bilməyəcəyini bilərəkdən mübahisə əsnasında anidən usanıb susması, yəni sübut edə bilməyəcəyindən deyil, sadəcə bu *öz düşüncə qabiliyyəti olmayan* insanlara bir şey başa sala bilməyəcəyindən susması acı olsa da maraqlı bir hissə idi. Sevgi mövzusuna isə heç toxunmaq istəmirəm. Nüzhet personajı mənə çox qəribə bir təəssürat bağışladı və təəssüf ki, mənə çox da səmimi gəlmədi. Nə istədiyini bilməyən, bir az da "şımarık" biri imiş kimi bir təəssürat yaratdı məndə. Hətta kitabda adı 2 dəfə filan keçən Nurefşan daha səmimi gəldi mənə :d Qısacası, baş qəhrəman olan xəstə oğlana yazıq oldu. Oğlan xəstəxanada yatdığı müddətdə Nüzhet də yəqin Berlinə getmək dərdinə düşmüşdü. Hə bir də oxuduğum məlumatlara görə əslində kitabın sonunda, yəni Nüzhet evlənib Berlinə gedəndən sonra olanlardan xəbərdar olur və oradan məktublar göndərir. Hətta xəstə gənc (adı yoxdur deyə xəstə gənc demək məcburiyyətində qalıram, əslində kitabın sonunda sağaldığı güman olunur) cavab məktubları da yollayır, amma sonda yazdığı bir məktubu yollamır filan. Bu məktublar da əvvəllər kitaba daxil imiş deyə bilirəm. Amma sonradan felyetondan keçiriləndə tənqid olunub deyə məktublar kitabdan çıxarılıb. Əgər tapa bilsəm və oxumaq şansım olsa oxumaq istərdim. Gərək bu haqda ən qısa müddətdə daha çox araşdırım. Son olaraq, fikirlərimi ümumiləşdirim. Ümumilikdə çox yaxşı bir roman idi. Həm də kifayət qədər qısa və axıcı idi. Hər kəsin ömründə bir dəfə də olsa oxuması gərəkdiyini düşündüyüm bir kitab oldu. Hər bir oxucuya tövsiyə edirəm. Xoş oxumalar :)
Dokuzuncu Hariciye Koğuşu (1937)
Dokuzuncu Hariciye Koğuşu (1937)Peyami Safa · Ötüken Neşriyat · 0103.1k okunma
·
28 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.