Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

1022 syf.
10/10 puan verdi
·
85 günde okudu
Uzun bir müddət ərzində oxuyub bitirə bildim. Lakin bu mənim "Səfillər"lə ilk tanışlığım deyildi. Düzünü desəm onun məndə yeri tamam başqadır. İlk kitablarımdan biri olub. Cizgi filminə də baxmışam. Sonra bir gün qərara gəldim ki,mən bu kitabı yenidən oxumalıyam. Sevimli obrazlarıma yenidən qarşılaşmalıyam. Uşaqlar üçün olan yığcam kitabda oxuduqlarıma indi sanki işıq tutdular. Onda düşünərdim ki,Jan Valjan axı nədən qaçır? Belə bir insanı gün işığından da gizlənməyə vadar edən nədir? Ya niyə Fantina öz sevimli Kozettasını tanımadığı adamların yanına verib gedir? Ya onun sonrakı taleyi nə olur? Qavroş-cəsur,sevimli qəhrəman.Onun kimliyi,o şıltaqlığı və hər zamankı şənliyi. Marius və Kozettanın taleyi, zavallı Eponina,bu kimi çox şey sadəcə yaddaşımda bir gün aydınlanmağı gözləyirdi. Viktor Hüqo yaradıcılığı, dəsti-xətti o qədər maraqlıdır ki.Oxuyanda düşünürsən ki,sanki qələmlə yazıçının söhbətinə şahid olursan. Arada qələm dil açaraq onu tutan əlin sahibi haqqında danışmağı özünə borc bilir. Və hadisələrin axını arasında verilən məlumatlar,təsvirlər... Elə bil ki, yazıçı və qələm bu tale oyununu yazarkən birdən durub sənə izah verməli olduğunu düşünür və bu düşüncəsini də tətbiq edir. Əsərdə o qədər gözəl,məsum, ülvi hisslər var ki... Xüsusilə də əməlindən peşman olan və qəlbinə mərhəmət toxumu əkilən Jan Valjanı hər də katorqa dusdağı olduğu üçün təkliyə məhkum edəndə təssüf və qəzəb dolu bir "ah" çıxır dodaqlarımdan. Axı niyə insan keçmişi görür,amma onun yaratdığı kövrək, inam dolu qəlbi görmür! Təssüf... Gecikdin sevimli Kozetta, gecikdin sevgini ucaldan Marius. Və əbədiyyət oldu Tanrını tanıyan və vicdanın əsiri olan Jan Valjan.
Səfillər
SəfillərVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201687,1bin okunma
·
60 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.