Gönderi

"Sizə nə var ki. Tək qalmaq heyif deyil" - bu sözləri bir az əvvəl Xasse deyirdi mənə. Təkliyin bircə müsbət keyfiyyəti var: tək adamı heç kəs tərk etmir. Amma arada ki gecələr təklik hücum çəkib adamın üstünə şığıyır, bax onda həyat hıçqırtı dolu melodiya kimi adamı bezdirir, tənhalıq vəhşicəsinə adamı əzir, bütün ümidlər və arzular adamı tərk edir. Belə anlarda adam özünün son qüvvəsini toplayıb hara gəldi getmək və onun arxasınca gələn təklikdən uzaqlaşmaq istəyir. Necə də axmaq bir istəkdir ətrafdakılardan iynə ucu boyda bir doğmalıq arzulamaq. Bunun özündə bir özünüaldatma yoxdurmu? Bu dünyada təklikdən də qorxulu başqa bir hiss varmı? Yox, təklik qədər qorxulusu yoxdur. Elə ona görə yaşamaq üçün bəhanə tapmaq olmur.
·
79 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.