Kitabı oxuyarkən ara sıra fasilə verib adı çəkilən personajların kim olduğunu xatırlamağa çalışdığım anlar oldu. Bu məsələdə başlarda biraz çətinlik çəkir insan. Çünki eyni ad həm valideynə həm də övladına aid olduğu üçün biraz qarışıqlıq yaranır. Ancaq bu əsərin bu qədər mükəmməl olmasına heç də təsir etmir. Yazıçının ilk və tək romanı olması üzücü bir haldır. Çünki bu cür qələmdən çıxmış daha neçə romanı oxumaq istəyərdim...
Sevdiyim kitablar üçün etdiyim incələmələr əslində bir növ özüm üçündür. Çünki bu kitabı dönüb təkrar oxuma şansım olsa belə, kitab bitdiyi anda onun haqqında düşündüklərim və onu niyə bu qədər sevdiyimi oxumaq mənə sonradan maraqlı gəlir.
Burdan sonrası SPOİLER ola bilər.
-Başlarda Heatcliff'ə qarşı olunan münasibətə kədərlənsən də, sonda onun hər kəsdən bunun artıqlaması ilə intiqamını alması ona qarşı nifrət hissi oyadır. Bununla da bitmir sonda onun yaşadığı anlar, düşüncələrini və Nelly ilə tam paylaşa bilməsə belə çəkdiyi əzab yenə ona qarşı mərhəmət hissi yaradır oxucuda.
-Catherine'nin yardımsevər, mərhəmətli olması, ən əsası isə sevgisinə sahib çıxmağı onu anasından əsaslı şəkildə fərqləndirir. Onun ilk başlarda Lintona qarşı səbrli davranmasını hər şeyə rəğmən onunla birlikdə xoşbəxt olmasına inanması insanı bir qədər çilədən çıxarır. Lakin sonda Hareton'la birlikdə daha xoşbəxt olduğunu oxumaq məni çox sevindirdi. Xüsusilə də onların birlikdə kitab oxuduğu, yazıçının təsvir etdiyi gözəl mənzərələri təpələrdə gəzintilərə çıxdıqları hissələri üzümdə gülümsəmə ilə oxudum.
-Kitabı yeni bitirib incələməni yazdığım üçün kitabın sonlarından başına gedirmiş kimi oldum. Ancaq hər bir halda mənə çox təsir edən hissələr və personajlar haqqında yazmaq kifayət edər deyə düşündüm.
- Uzun müddət ağlımdan çıxmayacaq səhnələrdən biri Catherine ilə